5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

07:15 16-02-2020 | icon 494 | Dünya
5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Kanada, Əfqanıstan, İngiltərə, İsveç və Ukrayna xarici işlər nazirləri İrandan yanvarın 8-də Tehran üzərində səhvən vurduğu Ukraynaya məxsus təyyarədə həlak olan sərnişinlərin ailələrinə dərhal təzminat ödəməyi tələb ediblər. 

 

Versus.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Münhendə jurnalistlərə Kanadanın xarici işlər naziri Fransua-Filip Şampan açıqlama verib.

 

“İranın beynəlxalq standartlara uyğun olaraq təcili olaraq faciə qurbanlarının ailələrinə təzminat ödəməsini israr edirik”, - deyən nazir bildirib ki, kompensasiyanın miqdarı hüququ olan hər kəs üçün eyni olmalıdır və ödəniş prosesi ən qısa zamanda başlamalıdır.

 

Beş ölkənin xarici işlər nazirlərinin iranlı həmkarları Məhəmməd Cavad Zəriflə görüşdüyünü və bu tələblərin ona təqdim edildiyini vurğulayan Şampan əlavə edib ki, İranı ifadələri ilə deyil, hərəkətləri ilə mühakimə edəcəyik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı