REAL-ın mitinqinə partiya sədrindən sərt reaksiya

12:49 16-02-2020 | icon 385 | Siyasət
REAL-ın mitinqinə partiya sədrindən sərt reaksiya

REAL Partiyasının sədri İlqar Məmmədov seçicilər, müşahidəçilər və namizədləri 16 fevral saat 15-00 da MSK-nın qarşısında mitinqə çağırıb. Məqsədin 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv olunması, təkrar seçkilərin keçirilməsi  ilə bağlı olduğu bildirilir. .

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, İlqar bəyin "dinc və demokratik mitinq" adlandırdığı bu aksiya rəsmi qurumlarla razılaşdırılmayıb.

"Düzdür, İ.Məmmədov iddia edir ki, "bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası deyil. Hamı təşkilatçıdır, hamı işirakçıdır". Amma REAL sədrinin bu iddiası həqiqəti əks etdirmir. Ötən gün REAL Partiyası, Müsavat Partiyası və bəzi müstəqil namizədlər birlikdə etiraz aksiyası keçirmək barədə qərar veribsə, sabahkı aksiyanın hər hansı bir partiyanın, təşkilatın aksiyası olmadığını axı necə iddia etmək olar?

Birdəki, mitinqləri, yürüşləri icazə verilmiş məkanlarda keçirmək lazımdır. Erkin Qədirli bu mənada tamamilə haqlıdır. Çünki razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilməsi istər-istəməz güc strukturları ilə, asayiş keşikçiləri ilə qarşıdurmaya səbəb ola bilər. Bu da öz növbəsində hazırki məqamda ölkədə siyasi gərginliyi artırmağa xidmət edəcək".

Ə.Hüseynov onu da qeyd edib ki, mitinq keçirmək seçki saxtakarlıqlarına etirazın yeganə və ən səmərəli forması deyil. Təxribatlardan və qarşıdurmalardan çəkinmək lazımdır.

"Olmazmı ki, seçki pozuntularına, seçkilərin nəticələrinin saxtalaşdırılmasına etirazımızı daha sivil yollarla, hüquqi müstəvidə bildirək? Məqsədli şəkildə qarşıdurmaya getmək sonda kimin maraqlarına xidmət edəcək: namizədlərinmi, seçicilərinmi, yoxsa ölkənin?

Mənim namizəd olduğum 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində də seçki günü bir sıra ciddi qanun pozuntularına yol verilib. Amma biz bu kimi neqativ hallara icazəsiz aksiyalar vasitəsilə münasibət bildirməyi məqbul hesab etmirik. Biz əminik ki, MSK həm bizim dairənin, həm də digər dairələrin nəticələri ilə bağlı ədalətli qərarlar qəbul edəcək. Müsbət nəticələrə sivil və dinc yollarla nail olmalıyıq!"- deyə, Ə.HÜseyov bildirib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin