Qalib namizədlər  fəaliyyət planlarını açıqladı

13:14 16-02-2020 | icon 424 | Siyasət
 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı

 9 fevral seçkisi ölkə ictimaiyyətində maraqla izlənir. Artıq seçildiyi təsdiq olunan namizədlər özünün fəaliyyət proqramı ilə bağlı işlərə start verib.

Maraqlıdır, yenilənən Milli Məclis üzvləri ilk işlərinə nədən başlayacaqlar?

Versus.az “Üç Nöqtə” yə istinadən bu və ya digər məsələlərlə bağlı bir sıra deputatlardan fikirlərini təqdim edir. 

 

“Mingəçevir əhalisinin qarşılaşdığı problemlərin həlli ilə bağlı birgə fəaliyyətimizi davam etdirəcəyik”

 

47 saylı Mingəçevir seçki dairəsindən namizəd olan millət vəkili Aydın Mirzəzadə  öncə 9 fevral növbədənkənar parlament seçkilərində ona göstərilən etimada görə Mingəçevir seçicilərinə minnətdarlığımı bildirib. Deputat uzun müddət işlədiyi doğma şəhərini parlamentdə təmsil etməyi ona verilən böyük etimad kimi dəyərləndirib. A.Mirzəzadə bildirib ki, seşkiqabağı keçirdiyi görüşlərdə həm hesabat verib, həm də seçiləcəyi halda görmək istədiyi işlər barədə danışıb.

“Deputat kimi məqsədim dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, vətəndaşlarımızın, konkret olaraq mingəçevirlilərin hüquqlarının qorunması və sosial rifahının yüksəlməsidir” deyə, A. Mirzəzadə fəaliyyət planını açıqlayıb.

 

“Seçkidən sonra Mingəçevir şəhər icra hakmiyyəti başçısı İlham İsmayılov və YAP Mİngəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubovla birgə görüşümüz oldu. Görüşdə parlament seçkiləri öncəsi seçicilərin qaldırdıqları məsələlərin həlli ilə bağlı görüləcək işlər müzakirə edildi. İlk növbədə əvvəlki dövrlərdə olduğu kimi, iki aydan bir Mingəçevirdə seçicilərin qəbulunu keçirəcəyim, kollektivlərlə görüşəcəyim barədə Mingəçevir tərəfdaşlarıma məlumat verdim. Eyni zamanda Mingəçevirdə ictimai əsaslarla köməkçilər korpusu yaratmaq fikrimi də açıqladım.

Mingəçevirdə ilk növbədə yeni iş yerlərinin açılması üçün mərkəzi hakimiyyət orqanları, biznes strukturları ilə birgə işləmək barədə b fikir mübadiləsi etdik. Artıq əldə edilən yeni iş yerləri razılaşdırmaları barədə də bir-birimizi məlumatlandırdıq.

Şəhərdə kommunikasiyaların yenilənməsi, ilk növbədə qazanxanaların təzələnməsi, ictami yerlərin abadlaşdırılması, yaşıllıqların sulanması məsələsini müzakirə etdik və konkret planlar tutduq.

İcra hakimiyyəti başçısı keçmiş zavod-fabrik yataqxanalarında su, kanalizasiya, elektrik xətlərinin yaxın vaxtlarda təmir ediləcəyi, yataqxanaların zirzəmilərinin təmizlənəcəyi və pilləkan və giriş qapılarının təmir ediləcəyi barədə məlumat verdi.

Həmçinin ,Mingəçevirdə yeni məktəb binalarının tikilməsi, universitet şəhərciyinin salımması ilə bağlı təhsil nazirliyi ilə aparılan işi davam etdirmək barədə danışdıq.

Mingəçevir əhalisinin qarşılaşdığı problemlərin həlli ilə bağlı birgə fəaliyyətimizi davam etdirmək, fikir mübadiləsi etmək və görülən işlər və gələcəyə planlarla bağlı şəhər ictimaiyyətini daima məlumatlandırmaq barədə də razılğa gəldik”.

 

 

“Ünvanlı sosial yardım ləğv olunsun, uşaq pulları verilsin”

 

AXCP sədri Razi Nurullayev bildirib ki, İmişli camaatı xeyirxaq, təmiz, safdır və bir imişlili kimi onlardan səs qazanmaq xoş bir hissdir.

İlkin nəticələrə görə 79 saylı İmişli seçki dairəsindən səs çoxluğu ilə qalib gələn namizəd əsas diqqətini rayonda mövcud olan sosial problemlərin həllinə yönəldəcəyini önə çəkib. O, təkcə İmişli ilə bağlı deyil, bütövlükdə Azərbaycanda sosial problemlərin həllini vacib sayıb. R.Nurullayev problemlərin həlli yönündə “uşaq pulunun verilməsi” məsələsinin böyük bir faktora çevrildiyini vurğulayıb.

 “Mən təbliğatımı əsasən bu istiqamətdə qurmuşdum. Çünki valideynlərin aldıqları kiçik əmək haqları, sosial müavinətlər, onlara övladlarını sağlam,vətənə layiq böyütmələrinə imkan vermir, əziyət çəkirlər. Buna görə də uşaq pulunun verilməsi vacib amilə çevrilib”.

R.Nurullayev qeyd edib ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı həmişə problemlər qabardılıb və bu gün də öz həllini gözləyir. O, bu sahədə olan bir çox problemləri qabardaraq, ünvanlı sosial yardımların ləğv olunmasını təklif edib.

“Çünki bir çox ehtiyacı olan ailələr ünvanlı sosial yardımı ala bilmir, ondan bir az imkanlı şəxslər isə hər hansı vasitədən istifadə edərək, qeyri-qanuni yollarla bundan yararlana bilirlər. Onun üçün də ünvanlı sosial yardımın ləğv olunması və əvəzində bütün ailələrə uşaq pulunun verilməsini vacib hesab edirəm.”   

R.Nuriyev həlli ilə bağlı öz proqramına daxil etdiyi ən mühüm məsələlərdən biri kimi işsizliyin aradan qaldırılması məsələsini önə çəkib. “İmişli kəndlərinin yolları var, bir çoxları çəkilib qalanları proqrama salınıb. İmişlinin 10 kəndində qaz yoxdur, qalan kəndlərində var və  dövlət proqramına da salınıb ki, qalan kəndləri də qazlaşdırılsın. Və bunun tezləşdiriməsi üçün əlimizdən gələni edəcəyik. Elektrik enerjisi ilə bağlı ciddi problem yoxdur. Amma insanarın iş problemləri, qazanc problemləri var. Bunun üçün də yeni iş yerlərinin açılması, investisiyaların cəlb olunmasına ciddi ehtiyac yaranıb. Dövlət investisiyalarının İmişliyə cəlb olunmasına ehtiyac var. Bütün bu iş yerlərinin yaradılması, ailələrin sosial güzaranının yaxşılaşdırılması üçün də sosial güzəştli kreditlərin verilməsi vacibdir. Onun üçün də Prezident seçkisində iştirak etdiyim zaman hər bir ailəyə 10 min manatın verilməsini təklif etmişdik, bu gün də bu təklifim qüvvədədir, bu məsələni həyata keçirilməsi üçün çalışacam. Bu təklifi hökumətə və cənab prezidentə çatdıracam. Hər bir ailəyə sosial kredit verməlidir və dövlət onlara kömək etməlidir ki, onlar bu verilən kreditlə bazar rəqabətinə uyğun biznes yarada bilsinlər. İnsanlara verilən kreditlə pul qazanmağı, iş  yerləri açmağı öyrətmək lazımdır”.

R.Nurullayev İmişli rayonunda kanalizasiya və su xətləri ilə bağlı problemlərin aradan qaldırılması üçün işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, bununla bağlı əlaqələdar orqanlarla əlaqə saxlanılıb və bu işlərə  başlanılacaq. 

“İmişlidə iş yerlərinin açılmasına ciddi ehtiyac var. Hazırda cənab Prezidentin sərəncamları ilə ölkənin müxtəlif bölgələrində sənaye zonaları yaradılır.  Mən İmişlidə də belə bir sənaye zonasının yaradılmasının lehinəyəm, bununla bağlı proqram işlənəcək və mən bunu hökumətə təqim etmək istəyirəm.

İmişlidə təhsilin səviyyəsi də təəssüf doğurucu faktordur. İmişlinin elə kəndləri var ki, həmin kəndlərdən ali məktəblərə ya tələbələr daxil olmur, ya da sayı çox məhduddur. Bütün görüşdüyümüz ailələr, valideynlər təhsilin səviyyəsinin, savadlılığın səviyyəsinin aşağı olmasından giley-güzar edirlər. Biz bir daha bunun şahidi. Bunun səbəbi bu aran zonasında ali məktəbin olmaması ilə bağlıdır. İnanıram ki, İmişlinin yerləşdiyi zona orada Azərbaycan unversitetlərindən birinin yaradılması üçün şans yaradır. İmişlidə Azərbaycan universitetlərindən birinin filialının yaradılması təklifi hazırlanaraq aidiyyatı orqanlara, hökumətə Prezidentə təqdim olunacaq”.

R.Nurullayev deputat olandan sonra birinci növbədə sadalanan bu və ya digər məsələlərin həllinə çalışacağını deyib.

 

T. Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı