9 saylı Binəqədi İkinci Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

18:56 18-02-2020 | icon 303 | Siyasət
9 saylı Binəqədi İkinci Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Günel Səfərova, Musayev Elşad və digər namizədlərin müraciətinə baxılıb.

 

Versus.Az xəbər verir ki, MSK üzvü Qabil Orucov bildirib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, komissiya üzvləri tərəfindən seçici sayının süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilməməsi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

 

Orucov əlavə edib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır.

 

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsi etibarsız hesab edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı