Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

14:55 19-02-2020 | icon 137 | Sağlamlıq
Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub.

 

Abad kənd icra nümayəndəsi Lətif Müstafayev bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və suçiçəyinə yoluxub, qızdırmadan əziyyət çəkirlər. İcra nümayəndəsinin sözlərinə görə, Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə getməyib:

"Uşaqların hamısı eyni vaxtda xəstələnməyib. Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur. Məktəb bir gün də olsun fəaliyyətini dayandırmayıb. Lakin bir çox valideynlər uşaqlarını  xəstələnməmələri üçün məktəbə göndərmir. Hazırda mənim iki nəvəm qripdir, evdə müalicə olunurlar. Qonşumun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər".

 

Lətif Mustafayev bildirib ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası bu gün Abad kəndinə ezam olunub. Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər:

“Uşaqlarla yanaşı, böyük adamlarda da soyuqdəymə, qrip və qızdırma halları mövcuddur. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər".

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) məlumatına görə, fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaşlı uşaqların müayinəsi təşkil olunub:

“Müayinə olunmuş 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, kəskin respirator virus infeksiyası (KRVİ), 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb. Abad kəndində müayinə nəticələri Ağdaş RMX-PHŞ-in və rayon GEM-in rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Koronavirus analizi belə götürülür

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Keçmiş icra başçısı prorektor təyin edilib

"Bütün itirdiklərimə rəğmən son nəfəsimi orada vermək və torpağıma qovuşmaq üçün...dönüm" - MÜSAHİBƏ

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

Filippin Prezidenti polislərə karantin rejimini pozanları güllələmək əmri verib

Falkao “Qalatasaray”dan gedir