Türkiyə savaş meydanında tək qoymaq üçün... – Tələ

20:41 19-02-2020 | icon 519 | Geopolitika
Türkiyə savaş meydanında tək qoymaq üçün... – Tələ

Türkiyə Suriyada fəallığını artırsa və ya təxribatlara cavab versə, Qərb yenə də dəstək verməyəcək.

 

Versus.az xəbər verir ki, bu sözləri özünün şərhində politoloq Elxan Şahinoğlu Türkiyənin Suriyada yenidən hərbi əməliyyat keçirəcəyi təqdirdə Qərbin rəsmi Ankaranı tək qoyacağı iddiaları haqda danışarkən deyib. O qeyd edib ki, Türkiyə PKK ilə mübarizə aparanda Qərb terror təşkilatına dəstək verirdi:

“Avropa dövlətləri və ABŞ PKK-nı terror təşkilatı siyahısına salmışdı, amma PKK-ya bu ölkələrdən maliyyə axını gəlirdi. Türkiyə həm PKK hücumlarına qarşı, həm də Suriyada antiterror əməliyyatlarına başlayarkən üzv olduğu NATO ölkələrindən dəstək istəmişdi. Çünki NATO-nun 5-ci maddəsinə görə, Alyansın bir üzvünə edilən hücum digər üzvlərə də edilmiş sayılır. NATO üzvləri Türkiyə ərazisinə bir-iki raket yerləşdirdilər ki, guya dəstək verirlər. Daha sonra da həmin raketləri geri çəkdilər. Əlbəttə, Qərbə inanmaq olmaz. Türkiyə özü də Qərbə inanmır. Siyasi mərkəzlər bilirlər ki, Suriyada heç kim Türkiyəyə dəstək verməyəcək”.

Vaşinqtondan Ankaraya zənglərin sayının çoxaldığını vurğulayan politoloq bildirib ki, Qərb Rusiya ilə Türkiyə arasında problemlərin yarandığını görür:

“Onlar maraqları üçün Rusiya-Türkiyə münasibətlərini gərginləşdirmək istəyirlər. Bunu əslində Türkiyədə də başa düşürlər. Türklər anlayır ki, Rusiya ilə fikir ayrılığına baxmayaraq, körpüləri yandırmaq düzgün olmazdı. Bunun hər iki tərəfə ziyanı dəyəcək, qazanan isə ABŞ olacaq. Belə bir addımı da Ankara atmaz. Ona görə Türkiyə Suriyada müəyyən qədər təhlükə ilə üz-üzədir. Bəşər Əsədə də mesaj göndərilib ki, əgər İdlibə yeni hücumlar təşkil olunsa, Türkiyə ordusu adekvat cavab verəcək”.

Qeyd edək ki, türkiyəli politoloq Volkan Özdəmir Türkiyənin Suriyada daha bir hücuma cəhd edəcəyi təqdirdə Qərb düşərgəsindən kömək gəlməyəcəyini vurğulayıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı