3 yaşlı Zəhranın oğurlanması ilə bağlı cinayət işi məhkəməyə göndərilib

11:32 20-02-2020 | icon 336 | Hadisə
3 yaşlı Zəhranın oğurlanması ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Bakının Sabunçu rayonunda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanmaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Versus.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

 

Qeyd edək ki, ötən il Sabunçu rayon Sabunçu qəsəbə sakini, 2015-ci il təvəllüdlü Bağırzadə Zəhra Rəsul qızı iyunun 4-də günorta saatlarında yaşadığı evdən itkin düşmüşdü.

 

Daha sonra azyaşlının 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı tərəfindən oğurlandığı məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən azyaşlı iyunun 6-da tapılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

 

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol