Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

12:00 20-02-2020 | icon 43 | Sağlamlıq
Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

"Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlayırıq". 

 

Versus.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır:

"Hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır. Həkimləri regionlara ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik".

 

O qeyd edib ki, Türkiyədə oxuyan tələbələrlə də əlaqə saxlanılıb. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb:

"Bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra öz karyeralarını qurmağa çalışırlar. Təəssüf ki, bu gün regionlarda həkim  çatışmazlığı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından onlara regionların mərkəzi xəstəxanalarında çalışmaları üçün həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürmək istəyirik. Artıq bir qrup tələbə ilə danışıqlar aparılıb”.

 

Z.Əliyev bildirib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil:

"Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə avadanlıqlar yetərli səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə müayinə aparmaqda çətinlik çəkirlər".

 

Versus.Az

Xəbər lenti

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB bu ailələrin 1 aylıq ərzaq təminatını öz üzərinə götürdü

Deputat imkanlı, əmək haqqları yüksək olan insanları belə həssas dövrdə daha da həmrəy olmağa çağırdı

""Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli bu məqamda yerinə düşmür"

Mədəniyyət komitəsinin sədri bir sıra təkliflərlə çıxış edib

Kürdəmir spirt emalı zavodunun rəhbərliyi Prezidentin çağırışına qoşuldu /VİDEO+FOTO/

İşsizlərə müavinətlər ATM-lər vasitəsilə veriləcək

"Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar

Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlər haqqında

"Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur"

“Biz tarixi dəyişdirə, tariximizdən imtina edə bilmərik”

"Özümü, bizi, hamımızı daha da ruhlandırırıq"

Laçınlı aztəminatlı ailələrə yardım verilməsi davam etdirilir

“Adına torpaq olanlar yardımdan kənarda qalır, buna təkrar baxılmalıdır”

İşsizlər üçün birdəfəlik ödəmə kimlərə veriləcək?

Kredit borcları dondurulur?

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyindən nəcib addım

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir

Koronavirus qurbanları üçün matəm ELAN OLUNDU

KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..

"Heç bir oyun insan həyatından önəmli deyil"

Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib

"Avstraliya Dağlıq Qarabağdakı "seçkilər"i tanımır"

Muzdlu işçilərə 215 milyon manat həcmində kompensasiya veriləcək

Bir millət aydınlarından yenilər

Bu tələbələrin təhsil haqqı ödəniləcək

İcazəsiz hərəkət edən şəxslərin barələrində tədbirlər görülür - FOTO

Əgər Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunsa, infeksiyanın yeni yayılma riskləri sıfıra bərabər olar

Arzu Bağırova da yardımlaşma kampaniyasına başladı

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ