“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

16:29 20-02-2020 | icon 547 | Mədəniyyət
“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir təşkil olunub.

 

Versus.Az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi bu tədbirin müəssisələrarası əlaqə çərçivəsində həyata keçirildiyini qeyd edib.

 

Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı öz çıxışında bildirdi ki, tədbirin əsas məqsədi Xocalı faciəsini məktəblilərin dilindən eşitmək, onların gözü ilə görmək, qocalı, cavanlı bizi səsləyən Xocalıya ruhən getmək, bitməyən yaralarımıza şagirdlərin əlləri ilə məlhəm çəkməkdir.

 

Daha sonra Zəngilan rayonu 29 saylı tam orta məktəbin şagirdi Şahsənəm Quliyeva “Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin əsasının qoyulması” (tarix müəllimi Günay İbrahimova); Nərimanov rayonu 82 saylı tam orta məktəbin şagirdi Leyla Əbdürrəhimbəyova “Milli azadlıq hərəkatı, Xocalı soyqırımı” (tarix müəllimi Tamilla Musayeva); Xırdalan şəhər 5 saylı tam orta məktəbin şagirdi Səbinə Rəhimzadə “Uğrunda ölən varsa, vətən var” (tarix müəllimi Rumiyə Həsənova); Xəzər Universiteti Dünya Məktəbinin şagirdi Rüfət Bağırov “Ходжалинский геноцид - трагедия ХХ века” (tarix müəllimi Səadət Məmmədova); S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdi Fidan Piriyeva “The Khojaly diaries of Ricards Lapaitis” (tarix müəllimi Həsən Osmanov) adlı məruzələr ilə çıxış etdilər.

 

Xocalı qətliamı haqqında 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) məlumat verən şagirdlərın çıxışı slaydlarla müşayiət edilib.

 

Sonda tədbirin bədii hissəsi nümayiş olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa Dövlət Musiqili Dram Teatrı “Xocalı bizi səsləyir” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib.

 

Tədbirdə Muzey əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şuşa Dövlət Dram Teatrının aktyor truppası, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq Gənclər və İnkişaf Mərkəzinin əməkdaşları, Xəzər Universiteti Dünya Məktəbinin, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının, Nərimanov rayonu 82 saylı tam orta məktəbin, Zəngilan rayonu 29 saylı tam orta məktəbin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin, 189-190 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı