125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

18:07 20-02-2020 | icon 416 | Siyasət
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən qeydə alınan namizəd Faiq Kərimovun və Nazim Azadoğlunun müraciətinə baxılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

 

Həsənov bildirib ki, müraciətlər bir tərkibdə birləşdirilib: “Şikayətçilər müraciətində bildirib ki, səsvermədə az seçicinin iştirak etməsinə baxmayaraq, lider namizədin xeyrinə səslərin sayı artırılıb və digər qanun pozuntularına yol verilib. DSK-nın mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilib. 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

 

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqələrində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

 

Qeyd edək ki, bu dairə üzrə lider namizəd YAP-ın namizədi İmamverdi İsmayılovdur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi