“Cəzasız cinayət”

19:24 21-02-2020 | icon 578 | Mədəniyyət
“Cəzasız cinayət”

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunub.

 

Versus.Az xəbər verir ki, tədbirdə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi, Qarabağ əlili, Xocalı hadisələrinin iştirakçısı Hüseynağa Quliyev, BDU-nun müəllimi, İtaliyanın Beynəlxalq İqtisadi və Siyası Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin İnnovasiya üzrə direktor müavini Sevinc Ədilhəsənova çıxış ediblər.

 

Tədbirin bədii hissəsində AR Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Tədbirdə Bakı Dövlət Universitetinin, “Azərbaycan Televiziya və Radio verişləri” QSC-nin dəstəyi ilə lentə alınan “Cəzasız cinayət” adlı film də nümayiş edilib.

Filmin senari müəllifi, rejissoru və prodüsseri BDU-nun müəllimi, İtaliyanın Beynəlxalq İqtisadi və Siyası Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir.

 

Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət işi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyası Arxivinin, Türkiyənin Başbakanlık (Baş Nazirlik) Osmanlı Arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuatından istifadə olunub. Tədbirin sonunda Leyla Rəşid tərəfindən “Cəzasız cinayət” adlı filmin bir nüsxəsi və Meyxoş Abdullahın müəllifi olduğu “Пленница (Əsir qadın)” romanı (Bakı, 2020, 212 s., rus dilində, red. L.Qədirzadə) Muzeyə hədiyyə edilib.

 

Tədbirdə Muzey əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının tələbələri iştirak ediblər.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin