Dağlıq Qarabağ münaqişəsinin həlli yubadılır

13:50 08-05-2018 | icon 456 | Siyasət
Dağlıq Qarabağ münaqişəsinin həlli yubadılır

Azərbaycanın işğal olunmuş ərazilərinə indiyədək qeyri-qanuni maliyyə qoyuluşları aparılıb və bu, indi də davam etdirilir. Bu ərazilərdə yaradılmış qondarma rejimin fəaliyyətinə dəstək göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır.

 

Versus.Az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Kamil Xasıyev bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amillərindən biridir:

 

“Belə münaqişələr regionlarda qeyri-sabitliyə gətirib çıxarır. BMT-nin qətnamələrinə görə, münaqişə həll olunmalıdır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilib. Bu qətnamələrdə təkrarən təsdiqlənib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

 

K.Xasıyev deyib ki, ümumilikdə beynəlxalq cəmiyyətin fikirlərinə, beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq, Ermənistan işğalçı mövqeyindən geri çəkilməyib:

 

“Ermənistan status-kvonu saxlamağın tərəfdarıdır. O, fiziki güclərini möhkəmləndirməyə çalışır, orada yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını alır. Son illər ərzində də təmas xətti boyunca Ermənistan-Azərbaycan qüvvələrinin dayandığı ərazilərdə Azərbaycan kəndlərinin atəşə tutulması davam etdirillib, Azərbaycan vətəndaşları da hədəf olub”.

 

Onun sözlərinə görə, Azərbaycan gözləyir ki, Avropa İttifaqı və ona üzv ölkələr beynəlxalq öhdəliklərə uyğun olaraq, eyni vəziyyətlərdə tətbiq etdiyi müəyyən iqtisadi-siyasi tədbirləri işə salsın. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qarşısını ala bilər:

 

“Bu, hər hansı malların, xidmətlərin Dağlıq Qarabağa satılmasının qarşısını ala bilər. Ümid edirik ki, bu addım qeyri-qanuni əməliyyatların qarşısını alacaq”.

 

Cəsarət Pənahalıyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı