Bu bitki xərçəngin qənimidir

10:42 22-02-2020 | icon 34 | Sağlamlıq
Bu bitki xərçəngin qənimidir

Heç kimə sirr deyil ki, şiş xəstəliyi olan insan və ailəsi nə çıxış yolu, dərman, türkəçarə, xalq təbabəti varsa sınamaq istəyir. Bundan istifadə edən bəzi işbazlar da müxtəlif tabletlər, otlar, şirələr, üsullar təklif edir.

 
 
Rəsmi tibb xərçəngin dərmanının tapılmadığını bəyan edir. Digər tərəfdən acı yovşan bitkisinin (rusca polın) şişləri kiçiltməsi və metastalara imkan verməməsi barədə məqalələr yayılır və artıq yovşanın spirtdə məhlulu onkoloji xəstələr üçün satılır.
 
 
Versus.Az Medicina.az-a istinadən möcüzəvi təsirindən ağızdolusu danışılan yovşanın sirrinin nədə olduğunu araşdırıb. Həqiqətənmi, o şişin dərmanıdır?
 
 
Acı yovşan rus xalqlarında qurd, parazit tökən bitki kimi tanınsa da, dərmanlarda istifadə olunsa da, onun xalq təbabətində ən geniş istifadə olunduğu ölkə Çindir.
 
Çin alimləri malyariyaya qarşı dərman hazırlamaq tapşırığı almışdılar. Ötən əsrin 50-ci illərində yovşandan artemiznin adlı maddə ayrıldı və onun malyariya ilə mübarizə apardığı məlum oldu. Bu kəşfə görə çinli alim Tu Yioyu "Nobel" mükafatı alıb.
 
Alimlər elmi tədqiqatlarında daha da irəli gedərək, artemizinin nəinki malyariya törədicilərini, həmçinin şiş hüceyrələrini məhv etdiyini aşkarladılar. Elmi tədqiqatlarla bu nəzəriyyə təsdiqini tapdı və bu bitkidən alınan maddə tərkibli dərmanın kliniki tədqiqatlara hazırlanması müsbət qarşılandı.
 
Hazırda Çində könüllü xəstələr üzərində artemizinin antixərçəng təsiri müalicələrlə öyrənilir.
Bu dərman hələ ki, kütləvi satışa çıxarılmayıb.
 
 
Hansı yovşan lazımdır?
 
Bu dərman üçün hər yovşan da uyğun deyil. Onun yalnız birillik növü, Artemisia Annua adlı növü uyğundur. Bu növdə xüsusi kimyəvi tərkib var.
 
Özünüz bunu hazırlaya bilməzsiniz. Çünki sizin istifadə edəcəyiniz yovşanda artemizinin çox az faizdədir. Üstəlik, yovşan cövhərini çox miqdarda içmək zəhərlənmə verə bilər.
 
Lakin siz yovşan otunun, bitkisinin xüsusi çayını, dəmləməsini və ya apteklərdə satılan cövhərini alıb, müxtəlif xəstəliklərə, parazitlərə və ya onkoloji xəstəliklərin profilaktikası üçün uyğun dozada, həddi aşmamaq şərtilə istifadə edə bilərsiz.

Xəbər lenti

Türkiyədəki ermənilər geri qayıdırlar

Elxan Şahinoğlu: “Ermənistanda və Dağlıq Qarabağda iqtisadi və sosial problemlərin miqyası da genişlənir”

Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı

“Təbliği camaat” koronavirusun yayılmasında hansı rol oynayıb?

ŞƏHİD Tapdıq Babaşovun doğum günüdür…

Vətəndaş Cəmiyyəti ilə bağlı “yol xəritəsi” və atılan addımlar - MÜSAHİBƏ

"MƏN"İ MƏNƏ ANLATMA

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB bu ailələrin 1 aylıq ərzaq təminatını öz üzərinə götürdü

""Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli bu məqamda yerinə düşmür"

Mədəniyyət komitəsinin sədri bir sıra təkliflərlə çıxış edib

Kürdəmir spirt emalı zavodunun rəhbərliyi Prezidentin çağırışına qoşuldu /VİDEO+FOTO/

İşsizlərə müavinətlər ATM-lər vasitəsilə veriləcək

"Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar

Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlər haqqında

"Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur"

“Biz tarixi dəyişdirə, tariximizdən imtina edə bilmərik”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..

Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib

Muzdlu işçilərə 215 milyon manat həcmində kompensasiya veriləcək

Bir millət aydınlarından yenilər

Bu tələbələrin təhsil haqqı ödəniləcək

İcazəsiz hərəkət edən şəxslərin barələrində tədbirlər görülür - FOTO

Arzu Bağırova da yardımlaşma kampaniyasına başladı

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

“Kimsə onları psixoloji terapiyaya məcbur edə bilməz”

"İnsanlar üzərində ilk tədqiqatlar aparılmalıdır"

Kolumbiya Venesuelanın yardımından imtina edib

"COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb"