Dil xərçəngi nədir? - SƏBƏBLƏRİ

10:53 22-02-2020 | icon 1065 | Sağlamlıq
Dil xərçəngi nədir? - SƏBƏBLƏRİ

Ağız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız, dil xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-i, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərinə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayılmış onkoloji xəstəlik siyahısındadır.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, dünya alimləri insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımı səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamadıqca vəziyyətin daha da pisləşəcəyini söyləyirlər.
 
 
"İnsanlar hələ də başa düşmür ki, ağız içi də digər orqanlar kimidir. Ağız içindəki ağır xəstəliklər insan üçün təhlükəli və ölümcül ola bilər. Ağzımızda təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərinin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə”.
 
 
Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir.
 
 
Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəli şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.
 
 
Xəstəliyin əsas yaranma səbəbləri:
 
- Siqaret çəkmək
 
- Kimyəvi yanıqlar
 
- Spirtli içkilərin qəbulu
 
- Çox isti qidaların və içkilərin daim qəbulu
 
- İrsiyyət.
 
- Dilin xroniki travmaları (məsələn, sınmış dişin iti hissəsi dili daim kəsdikdə və ya yaxşı
"oturmayan" protez dili daim zədələdikdə və s.)
 
Dil xərçəngi çox tez bir zamanda limfa düyünlərinə metastaz verir (yayılır). Bu səbəbdən dil xərçənginin vaxtında aşkar olunması və müalicənin düzgün aparılması olduqca vacibdir.
 
 
Müalicəsi:
 
Müalicə xəstəliyin ilkin mərhələsində başlayarsa, xəstələr əksər hallarda tam sağalır. Lakin daha gecikmiş mərhələlərdə xəstəliyin proqnozu pis olur.
 
 
Xəstəliyin əsas simptomu dilin üzərində (əsasən böyür hissəsində) kiçik (1 sm kimi) xoranın əmələ gəməsidir. Xora tədricən böyüyür, əvvəllər ağrı vermir və heç bir müalicəyə tabe olmur. Xəstəlik inkişaf etdikcə boyun limfa düyünləri böyüyür, dildə göynəmə, qaşınma, ağrılar əmələ gəlir. Ağrılar dildə hiss olunur, qulağa, ənsə və gicgah nahiyələrinə yayılır. Daha sonra boyunda, üzdə ödem əmələ gəlir, ağızsuyunun ifrazı artır, ağızdan pis qoxu gəlməyə başlayır.
 
 
Dil xərçəngi xəstəliyinin əvvəlində şiş həmçinin ağ ləkə, dil toxumasının bərkiməsi, papilloma şəklində ola bilər. Bu səbəbdən dilin üzərində istənilən törəmə onkoloqa müraciət üçün səbəb olmalıdır. Dəqiq diaqnoz biopsiya nəticəsində qoyulur, törəmənin mikroskopik hissəsi götürülür və müayinə edilir.
 
 
Dil xərçənginin müalicəsi cərrahi əməliyyat, kimyəvi və şüa terapiya vasitəsilə həyata keçirilir. Müalicə metodu xəstəliyin mərhələsindən, xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmamasından və s. amillərdən asılı olaraq, fərdi şəkildə seçilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür