Ən təhlükəli öskürək

10:55 22-02-2020 | icon 341 | Sağlamlıq
Ən təhlükəli öskürək

Öskürək ürək tutması və hətta infarktöncəsi vəziyyətdən xəbər verə bilər. Hər öskürəyi soyuqdəymə, ağciyərlərlə əlaqələndirmək yanlışdır. Bu xəstələrin həyatını təhlükəyə atır.

 

Versus.Az Medicina.az-a istinadən ürəklə əlaqəli öskürək tipini necə fərqləndirməyi təqdim edir.
 
 
Ürək tutmasının tipik olmayan formalarından biri də astmatik formadır. Bu zaman heç sinədə ağrı da olmur.
Davamlı öskürək, bu zaman çəhrayın rəngə çalan köpüklü bəlğəm xaric olur, təngnəfəslik, boğulma hissi olur. Xəstə dərindən nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb verir.
 
 
Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.
İnfarktdan bir həftə və bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrətmə hiss olunur.
 
 
Xəstələr bunu qrip, zökəm, ağciyərlərin soyuqlaması ilə səhv salır.
 
 
Belə ki, ağciyərləri qan və oksigenlə təmin edən əsas orqan ürəkdə problem olduğu üçün ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir.
 
 
Ona görə bir müddətdir astma kimi öskürək tutmaları olan şəxslər ürəyini də yoxlatmalı, xüsusən yaşlı kişilər, orta yaşlı insanlar, ürək problemi olanlar, nəsildə ürək infarktı olanlar öskürəyə sadəcə öskürəkdir deyib keçməməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol