Serbiyada Xocalı qurbanlarının xatirəsi anılıb

11:29 22-02-2020 | icon 408 | Qarabağ
Serbiyada Xocalı qurbanlarının xatirəsi anılıb

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiyadakı, Bosniya və Hersoqovia Səfirliyinin təşkilatçılığı ilə Sarayevo şəhərinin müxtəlif təhsil və tədris ocaqlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədi ilə silsilə tədbirlər keçirilib.

 

Versus.Az xəbər verir ki, fevralın 21-də Sarayevo şəhərinin ictimaiyyəti, burada təhsil alan azərbaycanlı tələbələr, diplomatik korpusun əməkdaşları Türk Diasporunun üzvləri, Sarayevo şəhər bələdiyyəsinin sədri və üzvləri şəhərin Dobrınya çayı sahilində Azərbaycan-Bosniya və Hersoqovinya parkında  Müharibə Qurbanlarını özündə əks etdirən “İki dərdli ana” abidə kompleksinin  önünə gələrək gül və əklil dəstələri qoydular. Xocalı və Srebrenitsa analarının dərdini əks etdirən kompleksin önündə müharinbə qurbanlarının ruhuna dua oxunub. 

 

Dostluq parkında ucaldılan abidə kompleksinin müəllifi, azərbaycanlı heykəltəraş Natiq Əliyevdir. Başlarına qara örpək örtmüş iki dərdli ana söhbət edir. Onlar həm də türk dünyasının abırlı-ismətli qadınlarının rəmzi olaraq, baş verniş cinayətin ağırlığından başlarını aşağı dikiblər. Abidə kompleksi bütöv bir dərd  hekayəsidir. Qara rəngli, dərdli və heç zaman unudulmayacaq hekayə.

 

Tədbirin rəsmi hissəsi  Beynəlxalq Sarayevo Universitetində davam etdirildi. Anım tədbirində   Bosniya Hersoqovinada fəaliyyət göstərən Ukrayna, İran , Türkiyə, Pakistan , Misir və Səudiyyə Ərəbistanının  diplomatik korpuslarının nümayəndələri və səfirləri, eləcə də  ölkə Parlamentinin nümayəndələri, Xarici İşlər Nazirliyinin  əməkdaşları  və  Bosniya-Hersoqovina Rəyasət Heyətinin müşaviri,  Bosnya-Azərbaycan Dostluq qrupunun sədri, Bosniya və Herseqovinanın elmi ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvləri, Srebrenitsa Anaları təşkilatının üzvləri və sədri Munira Subasiç,  Sarayevo  Beynəlxalq Universitetinin müəllim və tələbə heyəti Xocalı qətliamından bəhs edən, xarici və yerli jurnalistlərin çəkdikləri  fotolardan ibarət sərgini ürək ağrısı ilə seyr ediblər.

 

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Sarayevo Beynəlxalq Universitetin rektoru professor Ahmed Yıldırım erməni silahlı dəstələrinin və 366-cı motoatıcı rus  alayının şəxsi heyəti də daxil olmaqla 1992-ci ilin fevralında Xocalı şəhərində törətdikləri cinayəti  vandalizm adlandırdı. Xocalı soyqırımı haqqında hələ bundan sonra da dünyanın bütün tərdris ocaqlarında  dərslər keçirilməsinin vacibliyini vurğuladı. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı dünya tarixində yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmadığını dedi. Və  sözü Azərbaycan Respublikasının  Serbiya Respublikasında, Bosniya və Hersoqovina və Monteneqrodakı Fövqəladə və Səlahiyyətli  səfiri  Eldar Həsənova verdi. Azərbaycan diplomatı 26 fevral gününü Azərbaycan tarixində qanlı bir səhifə adlandırdı. 6 aylıq, və ya 5 yaşlı uşaqların  öldürülməsini insanlığın ən  dəhşətli cinayəti olduğunu , Xocalı qətliamına  rəhbərlik etmiş bir cinayətkarın sonradan Ermənistanın prezidenti  seçilməsini  beynəlxalq hüquqa zidd bir hərəkət kimi pislədi.  Rəhbərlik etdiyi cinayətə haqq qazandıran ermənistan prezidentinin Avropa mediasına verdiyi müsaibələrindən birində  “Azərbaycan xalqı və dövləti belə düşünürdü ki, bizim birgə yaşamağımız mümkün deyil, elə bilirdilər ki, biz dinc sakinlərə əl qaldırmarıq, biz isə gücümüzü onlara göstərdik” – dediyini xatırladı.  Azərbaycan Respublikasının səfiri Eldar Həsənov  Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü il fevralın 26-da - Xocalı soyqırımının törədildiyi gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbul olunmasını minnətdarlıqla xatırladı. Və bilidirdi ki, bu gün  Xocalı qurbanlarının yad edildiyi  tədbirdə Srebrenitsa anaları ictimai birliyinin   anaları da  iştirak edir. “Srebrenitsa mənim qəlbimin bir parçasıdır . Çünki bizim acımız və dərdimiz eynidir. Biz Bosniya Hersoqovinyada sabitliyin tərədarıyıq. Türkiyə səfiri cənab Haldun Qoçla hər görüşümüzdə Srebrenitsa insanlarının durumunu müzakirə edirik.”- deyən səfir, daha sonra qeyd etdi ki, bu gün Beynəlxalq Universitetdə  Sarayevanın  adlı-sanlı insanlarını dəvət etməkdə məqsədi həm də Xocalı hadisələrini gözü ilə görmüş Xocalılı ana , yazar Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər”  kitabının təqdimatıdır.  

 

Bosniya və Herseqovinanın elmi ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, professor Sabahudin Hadjialiç və  hüquq elmləri doktoru Edin Halapiç Səriyyə Müslümqızının  Xocalıda qətlə yetirilən  63 uşağın acı taleyindən bəhs edən kitabın məziyyətlərindən ,böyük ağrı və dərdlə qələmə alınan hekayətlərdəki insanların acı taleyindən danışdılar. Kitabda yığılan hekayətlərin hər birinin  Xocalı soyqırımının tanınması üçün əsas olduğunu dedilər.  Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətlərinin Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin  1948-ci ildə qəbul olunmuş maddələrinə zidd olduğunu xatırladılar.

 

Boşnak dilinə tərcümə olunmuş “Onlar heç vaxt böyüməyəcəklər”  kitabının müəllifi Səriyyə Müslümqızı  öz çıxışını belə başladı:

“Mən  tarixin ən unsafsız və dəhşətli bir gecəsi olan Xocalını yaşadım. O gecə mən doğmalarımı , əzizlərimi itirdim. Onlar mənim gözlərimin qarşısında, gülləbaran  edildilər, qanlarına qəltan oldular. Mən o gecə gözümün ağı-qarası anamı itirdim, üç qardaşımı itirdim. İnamımı , ümidimi iitirmədim. Bu gün burada olmağımın əsas səbəbi odur ki, burada Srebrenitsa anaları var. Biz onlarla  kədərimiz eynidir, eyni dərdi bölüşürük. Dərdə boyun əymirik. Və dünyanı səsləyirik. Mənim tarixin yaxasından yapışıb ona suallar verməyə gücüm çatmaz, mənim gücüm bəsdirin, ey insanlar, bəsdirin töküldü qan ”-deyə  hayqırmağa gücüm çatar”.

 

Sonda Sürəyya Müslimqızını qızı Leyla  Əlizadə  Xocalıda tədbir iştirakçılarına müraciət eədərk dünyanı bu qətliam qarşısında susmamağa, onu ata-babasının, doğmalarının yurdu olan Xocalıya qayıtmağa yardıma səslədi. “Mən Vətənim Xocalını istəyirəm, məni oraya aparın”- deyib.

 

Xocalı qurbanlarının xatirəsinin 28 illiyinə həsr olunmuş tədbirlər Bosniya Hersoqovinanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər