Əfqanıstan da koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb

19:10 23-02-2020 | icon 239 | Dünya
Əfqanıstan da koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb

Əfqanıstan koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini müvəqqəti dayandırıb.

 

Versus.Az “Tolo News” telekanalına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Prezidentinin Milli Təhlükəsizlik üzrə müşavirinin sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

 

Əfqanıstan virus təhlükəsi ilə bağlı İranla yerüstü, o cümlədən hava nəqliyyatının dayandırılmasına qərar verib. Əfqanıstan İran və Pakistandan toyuq və yumurta idxalına da müvəqqəti qadağa qoyub.

 

İranın bu ölkədəki konsulluğu da koronavirusla bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

 

Qeyd edək ki, indiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb. İlk yoluxma halı Qum şəhərində qeydə alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF