Təbrizdə Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib

07:27 25-02-2020 | icon 242 | Qarabağ
Təbrizdə Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, Təbriz bürosunun məlumatına görə, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək bildirib ki, 1988-ci ildə SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edən Ermənistan Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürməyə başlayıb və Ermənistanda yaşayan 200 minədək azərbaycanlını deportasiyaya məruz qoyub. Bunun ardınca Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başlayıblar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında qətliamlar törədilib.

 

Baş konsul qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum ediblər. Xocalı sakinlərindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyindən isə hələ də məlumat yoxdur.

 

Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş təsnifata tam uyğun gəlir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol