“Türk Hava Yolları”nın təyyarəsində gərgin anlar

08:47 26-02-2020 | icon 291 | Maraqlı
“Türk Hava Yolları”nın təyyarəsində gərgin anlar

Türkiyənin İstanbul şəhərində hava limanında Kamerundan olan biznesmen sellofana bükülərək vətəninə yola salınıb.

 

“The Sun”un verdiyi məlumata görə, hadisə “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarədə qeydə alınıb.

 

Sərnişinlərdən biri tərəfindən çəkilən videoda qırmızı köynək geyinmiş kişinin köməyə çağırdığı görünür.

 

Məlumata görə, Emmanuel Fosso Someon Çedju Dubaya məzuniyyətə gedirmiş. O, növbəti reysə kimi qalan səkkiz saatlıq müddətdə İstanbul hava limanını tərk edərək gəzməyə çıxmaq istəyib. Lakin pasportun yoxlanılması zamanı hüquq mühafizəçiləri onu saxlayaraq vizanın saxta olduğunu bəyan ediblər. 

 

Biznesmen vurğulayıb ki, o, sənədlərinin saxta olduğunu ancaq həbs zamanı öyrənib. Çedjunun sözlərinə görə, hüquq mühafizəçiləri ondan bilmədiyi türk dilində yazılan sənədə imza atmasını istəyib, o isə bundan imtina edib.

 

Bundan başqa, turistin 2400 dolları (4080 AZN) müsadirə edilib.

 

O, həmin aviaşirkətin təyyarəsi ilə Kameruna göndərilib. Məlum olub ki, turistin partnyorları da saxta sənədlərlə əlaqədar saxlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol