"Xocalı soyqırımının çox dəqiq və aydın siyasi məqsədi olub"

11:27 26-02-2020 | icon 388 | Geopolitika
"Xocalı soyqırımının çox dəqiq və aydın siyasi məqsədi olub"

"Xocalı faciəsi Ermənistan milliyyətçi hərbi birləşmələri tərəfindən təşkilatlanmış şəkildə törədilib. Məqsəd Azərbaycanın Xocalı şəhərində etnik təmizləmə aparmaq olub".

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış rusiyalı politoloq Sergey Markov bildirib.

 

Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilənlər soyqırımı aktıdır:

"Bunun başqa adı yoxdur. Dağlıq Qarabağdan Azərbaycan əhalisini çıxarmaq və həmin əraziləri işğal etmək məqsədi ilə bu vəhşi qanlı cinayət törədilib. Xocalı faciəsi çox yaxşı təşkilatlanmış soyqırımıdır. Bu soyqırımı aktının çox dəqiq və aydın siyasi məqsədi olub".

 

Rusiyalı siyasi ekspert ötən il Bakıda Xocalı yürüşündə iştirakını da xatırlayıb:

"Biz Rusiya nümayəndə heyətinin tərkibində Bakıda dinc Xocalı yürüşüdə iştirak etdik. Həmin yürüş məndə çox böyük təəssürat oyatdı. Azərbaycan xalqının isterika olmadan bu hadisəyə verdiyi qiymət bizi heyran qoymuşdu".

 

S. Markov Azərbaycanın Xocalı həqiqətlərinin dünya icatimaiyyətinə çatdırılması üçün çox işlər gördüyünü vurğulayıb:

"Görülən işlər heç də asan başa gəlmir. Azərbaycan Xocalı soyqırmı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün informasiya blokadasını yarır. Xocalıda soyqırımı aktını törədən siyasi qüvvələr həmin informasiya bolkadasını yaradıblar. Lakin Azərbaycan dövləti həmin blokadanı yararaq dünyanı Xocalıya ədalətə çağırır. Ümid edirəm ki, Xocalıda ədalət bərpa olunacaq". /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb