"Xocalı hadisəsini törədənlər məsuliyyətə cəlb olunmalıdır"

11:30 26-02-2020 | icon 453 | Geopolitika
"Xocalı hadisəsini törədənlər məsuliyyətə cəlb olunmalıdır"

"Biz Xocalıya ədalət tələb edirik. Xocalı hadisəsi ədalətli şəkildə araşdırılmalı və ən başlıcası bu vəhşi-hərbi cinayəti törədənlər, çoxlu sayda günahsız dinc sakini qətlə yetirənlər mühakimə olunmalıdırlar". 

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

 

"Beynəlxalq hüquq normaları və Cenevrə Konvensiyasına görə, hərbi əməliyyatlar zamanı dinc əhali qorunmalıdır. Lakin biz Xocalıda bunun əksinin şahidi olduq. Dinc, günahsız insanlar şüurlu şəkildə qətlə yetirildi. Hesab edirəm ki, Xocalıda ədalət zəfər çalmalıdır. Xocalıda dinc əhalini öldürən hərbi cinayətkarlar və bu cinayətin əmrini verənlərin adları çəkilməlidir, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Nəzərə alsaq ki, bəşəriyyətə, insanlığa qarşı törədilən cinayətlərin müddəti olmur, o zaman hesab edirəm ki, qətlə yetirənlər və əmri verənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq səviyyədə proses başlanılmalıdır. Məhz bu yolla Xocalıda ədaləti bərpa edə bilərik", - deyə rusiyalı hərbi ekspert vurğulayıb. 

 

İ. Korotçenko ötən il Bakıda keçirilən Xocalı yürüşündə iştirakını da xatırlayıb:

"Ötən il biz rusiyalı deputatlarla, ictimai və siyasi xadimlərlə birgə bu dinc yürüşdə iştirak edərək Azərbaycan xalqının Xocalı dərdinə şərik olduğumuzu bildirdik. Rusiya ictimaiyyəti və ekspert cameəsi də Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir". /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”