Beşinci “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

19:12 09-05-2018 | icon 627 | İqtisadiyyat
Beşinci “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti  “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən “Şəbəkə” xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.

 

Digər “Şəbəkə” xidmət mərkəzlərində olduğu kimi sakinlər telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turizm xidmətlərinin sifarişi, sığorta və digər xidmətlər üçün bu mərkəzə müraciət edə bilərlər.

 

Mərkəzdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9:00-dan axşam saat 19:00-dək, istirahət günləri saat 9:00-dan 18:00-dək xidmət göstərilir.

 

“Şəbəkə”nin yaradılmasında məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

 

Bu, Bakıda sayca 5-ci xidmət mərkəzidir. Yaxın gələcəkdə Bakıda və respublikamızın regionlarında yeni “Şəbəkə” xidmət mərkəzləri vətəndaşların ixtiyarına veriləcək.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol