İndoneziyanın “Cakarta” voleybol klubu Xocalı soyqırımını yad edib

12:09 26-02-2020 | icon 382 | İdman
İndoneziyanın “Cakarta” voleybol klubu Xocalı soyqırımını yad edib

İndoneziyanın qadınlardan ibarət “Cakarta” voleybol klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

 

Versus.Az xəbər verir ki, klub bununla bağlı kollektiv şəkil çəkdirərək, sosial şəbəkə vasitəsilə paylaşıb.

 

Baş məşqçisi Ziya Rəcəbov olan, milli komandamızın sabiq oyunçuları Natalya Məmmədova və Odina Əliyevanın formasını geyindiyi “Cakarta” klubunun üzvləri əllərində Azərbaycan və İndoneziya bayraqları, üzərlərində isə ingiliscə “Xocalıya ədalət” yazılan forma ilə dəstək nümayiş etdiriblər.

 

Qeyd edək ki, ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu