“Bir gün Xocalı soyqırımının günahkarları layiqli cəzalarına çatacaqlar"

13:49 26-02-2020 | icon 459 | Sağlamlıq
“Bir gün Xocalı soyqırımının günahkarları layiqli cəzalarına çatacaqlar"

Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım törədənlər layiq olduqları cəzanı alacaqlar”

Azərbaycanın tanınmış kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov "Facebook" hesabında Xocalı soyqırımı qurbanlarının müqəddəs xatirəsini yad edib.

Versus.Az xəbər verir ki, Rəşad Mahmudov yazır:

“Bir gün Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatacaqlar. Cinayət cəzasız qala bilməz. Xocalı faciəsi soyqırım və etnik təmizləmə hadisələri sırasında ən dəhşətlilərinə aiddir. Dinc əhaliyə qarşı törədilmiş vəhşiliyi unutmadıq və unutdurmuruq!

2008-ci ildən təbliğ olunan “Xocalıya Ədalət” kampaniyası da məhz Xocalı Soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı Soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.

Fəaliyyətim dövründə hər zaman müharibə həyatı görmüş, qəddarlıqla üz-üzə gəlmiş, ciddi psixoloji və fiziki sarsıntı keçirmiş həmvətənlərimizə xüsusi diqqət göstərməyə çalışmışam və zaman-zaman peşəkar tibbi heyət ilə müharibə bölgələrində xeyriyyə aksiyalarında iştirak etməyi özümə vətəndaşlıq borcu bilmişəm. Füzulidə, Ağdamda və digər cəbhəyanı bölgələrdə “Uşaqların ürəyi Qarabağda döyünür” şüarı altında 1-10 yaşlı yüzlərlə uşaqda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları həyata keçirməyimiz də, məhz belə xeyriyyə aksiyalarından idi.

Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Tanınmış kardiocərrah Rəşad Mahmudov: “Xocalıda dinc əhaliyə qarşı soyqırım  törədənlər layiq olduqları cəzanı alacaqlar”

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI