ATƏT sədri Rusiyaya təşəkkür edib

14:51 26-02-2020 | icon 359 | Qarabağ
ATƏT sədri Rusiyaya təşəkkür edib

Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə

 

ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib.

 

Versus.Az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

 

ATƏT regionundakı münaqişələrdən danışan E.Rama Rusiyaya ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə təşəkkürünü çatdırıb.

 

Qeyd edək ki, bu gün Rusiya XİN-in Qəbullar Evində Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama arasında görüş keçirilib. Görüşdə ümumi Avropa və regional problemlər, eləcə də ATƏT-in hazırkı fəaliyyəti və 2020-ci il üçün iş planı müzakirə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol