İraq Türkməneli Partiyasının başqanı Azərbaycan xalqına başsağlığı verib

16:38 26-02-2020 | icon 587 | Cəmiyyət
İraq Türkməneli Partiyasının başqanı Azərbaycan xalqına başsağlığı verib

Riyaz Sarıkahya: "Ermənilərin adları qarşısında insan sözünü işlətmək belə utanc verir"

 

“Bu gün Azərbaycan xalqı, qardaşlarımız öz tarixinin ən kədərli günlərindən birini yaşayır. Düz 28 il öncə fevralın 25-dən 26-na keçən gecə ermənilər Azərbaycana qarşı iyirminci əsrin ən dəhşətli, amansız və qəddar Xocalı soyqırımını törətdilər”.

 

Versus.Az xəbər verir ki, bu sözləri İraq Türkməneli Partiyasının başqanı, İraq türklərinin milli lideri Riyaz Sarıkahya bildirib.

 

Türkmən lider müraciətində deyib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli, qanlı səhifələrindən biridir:

“1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil”.

 

Türkmənlərin milli lideri Riyaz Sarıkahya müraciətində qeyd edib ki, ən dəhşətlisi odur ki, ermənilər soydaşlarımızı xüsusi qəddarlıqla qətlə yetiriblər:

“Qarlı, şaxtalı, soyuq qış gecəsində yollar, dağlar, meşələr günahsız qardaşlarımızın qanına boyanıb. Erməni cəlladları Xocalı insanlarını diri – diri yandırıb, başlarını kəsib, körpə uşaqları süngülərdən keçiriblər. Hamilə qadınların qarınlarını yarıb, hələ dünyaya gəlməmiş körpələrini yaşamaqdan məhrum ediblər. İnsanları diri – diri torpağa basdırıblar, gözlərini çıxarıblar, qollarını, ayaqlarını kəsiblər. Bu ağılasığmaz vəhşiliyi danışanda, dinləyəndə belə insan dözə bilmir. Amma bütün bunları cəmi 28 il öncə erməni adlanan “insanlar” törətdilər. Hansı ki, onların adları qarşısında insan sözünü işlətmək belə utanc verir”.

 

İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya onu da diqqətə çatdırıb ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıblar. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub:

“Əslində bu gün mövcud olan Emənistan adlı dövlət tarixi Azərbaycan torpaqlarında qurulub. Paytaxt İrəvan Azərbaycanın ən qədim yurd yerlərindən biridir”.

 

"XX əsrin sonunda baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir" deyən Riyaz Sarıkahya, tezliklə Xocalı soyqırımını törədən erməni cəlladlarının və onların dəstəkçilərinin beynəlxalq məhkəmə qarşısına çıxarılıb mühakimə olunmalarının vacibliyini vurğulayıb. Əlavə edib ki, insan cəlladlarının vəhşiliyi qarşısında heç bir cəza növü onların törətdiyi cinayət qədər ağır və dəhşətli ola bilməz.

İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya Xocalı soyqırımının 28-ci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib, soyqırımda şəhid olan insanlara ALLAHDAN rəhmət diləyib.

 

Ağanisə Sultan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür