Bütün Heydər Əliyev sevərləri təbrik edirəm

10:53 10-05-2018 | icon 535 | Siyasət
Bütün Heydər Əliyev sevərləri təbrik edirəm

 

Birinci dəfədir bu mövzuda yazıram və bunu siyasi mədəniyyət nümunəsi hesab edirəm

 

RAZİ NURULLAYEV

/AXCP sədri/

 

Bu gün Heydər Əliyevin doğulduğu gündür. Bu münasibətlə bütün Heydər Əliyev sevərləri təbrik edirəm...

 

Birinci dəfədir ki, bu mövzuda yazıram və bunu siyasi mədəniyyət nümunəsi hesab edirəm. Heydər Əliyev də, Məhəmməd Əmin Rəsulzadə də, Əbülfəz Elçbəy də bu xalqın siyasi sƏrvətləridir. Müxalifət və iqtidar arasında normal münasibətlər olmalıdır ki, xalq bu münasibətlərdən doğan proseslərdən əzab çəkən tərəf yox, udan tərəf olsun. Bu siyasəti ona görə aparıram ki, biz iqtidar-müxalifət olaraq xalqın problemlərinin həlli yönündə konkret addımlar ataq.

 

Siyasi mübarizəni etika çərçivəsində aparaq, mərhələlərlə siyasi mədəniyyət formalaşdıraq, hakimiyyətin demokratik varisliyini hər kəsin qəbul edəcəyi səviyyəyə çatdıraq.

 

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir, Heydər Əliyevin 95, Əbülfəz Elçibəyin 80 illiyidir. Bu il çox gözəl və əlverişli ildir ki, Azərbaycanın bu üç şəxsiyyətinin vəhdətini yaradaq və bu birlik Azərbaycanın yeni siyasi inkişafına töhvə vermiş olsun. Biz bu yöndə çalışırıq və amalımız da Azərbaycanı firavan, insanlarını xöşbəxt görməkdir.

 

Hamımız bu üç şəxsiyyətin siyasi vəhdəti yolunda addımlar atSaq, o zaman istədiyimiz Azərbaycanı görə biləcəyik. Hər proses mərhələ-mərhələ pik nöqtəsinə çatır. Biz Azərbaycanı radikal, köklü olaraq birdən-birə dəyişə bilmərik. Bu cür dəyişikliyin yolu qanlı inqilablardır, onun isə faydasından çox gətirdiyi fəlakət böyükdür. Elə buna görə də xalq da radikal və təlatümlü dəyişiklik istəmir.

 

Biz Azərbaycanda mərhələli demokratik proseslərin sonucu olaraq fərqli ölkə istəyirik! Buna da nail olacağıq! Birlikdə və əl-ələ verməklə!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu