"Əgər tövsiyə dinlənilmirsə, o zaman xəbərdarlıq olunur"

08:12 27-02-2020 | icon 783 | KİV
"Əgər tövsiyə dinlənilmirsə, o zaman xəbərdarlıq olunur"

“Qara siyahı” Mətbuat Şurası tərəfindən tətbiq edilən ictimai qınaq variantlarının yalnız biri idi. Amma qayda pozan KİV-lərin fəaliyyətini tənqid etmək üçün yeganə vasitə deyildi. “Qara siyahı”dan başqa da müxtəlif variantlar vardır. Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərini pozan KİV-lərə ilk mərhələdə tövsiyə verir, yol verilmiş xətanın aradan qaldırılmasını istəyir. Əgər tövsiyə dinlənilmirsə, o zaman xəbərdarlıq olunur. Əgər xəbərdarlıq da dinlənilmirsə, ciddi xəbərdarlıq olunur “.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

 

MŞ-nin hazırda “Qara siyahı”nı tətbiq etməməsi mövzusuna toxunan Ələsgərli bildirib ki, “qara siyahı”nın ləğv olunması KİV-lərin ictimai qınaqdan kənar qalacağı anlamına gəlmir:

 

“Qara siyahı”nın olub-olmaması hansısa KİV qurumuna yol verdiyi xətaya görə ictimai qınaqdan yayınmaq prestiji vermir. Qara siyahı olsa da, olmasa da KİV qurumlarından gələn şikayətlərlə bağlı lazımi ölçü götürülür. Yəni, qaydaları pozan KİV-lərə tövsiyələr verilir, xəbərdarlıq və ciddi xəbərdarlıqlar edilir. Hazırda biz tövsiyə, xəbərdarlıq və ciddi xəbərdarlıq formalarından istifadə edirik. Verdiyimiz rəyləri də press-reliz vasitəsilə yayır, ictimailəşdiririk. Bundan sonra hər kəs bilir ki, həmin qurum xətalara yol verən qurumdur və fəaliyyətində nöqsanlar var”. /Yenisabah.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı