Bu qidalardan uzaq durun

09:45 27-02-2020 | icon 348 | Sağlamlıq
Bu qidalardan uzaq durun

Beyniniz "iflic" ola bilər

 

Yağlı yeməklər orqanizmdə piylənməyə səbəb olmaqla yanaşı, insan beyninin fəallığını da azaldır. Bu yaxınlarda aparılan tədqiqatlar da insan beyninin qeyri-düzgün qidalanma nəticəsində intellektual və keyfiyyətli fəaliyyətini yavaş-yavaş itirdiyi təsdiq olunub.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, bir qrup alimin uzun müddətli araşdırmaları sona çatıb. Siçanlar üzərində aparılan tədqiqatlarda həqiqətən də qidalanma pozğunluğu və yağlı yeməklərin təsirindən beyində yaddaş genlərinin balansının pozulmasına rast gəlinib.
 
 
Sınaqlarda istifadə edilən siçanlar iki qrupa bölünüb. Bir qrupa daxil olan siçanlarda tənzimləyici hipotalamus hormonlarının fəallığı dondurulub. Daha sonra hər iki qrupa tərkibində yüksək dərəcəli yağ olan qidalar verilib.
 
 
Genləri dondurulan siçanlar qidadan sonra digərlərinə nisbətən daha az çəki almışdılar. Eyni zamanda onların digər qrupa nisbətən daha az yemək yedikləri də müşahidə olunub.
 
 
Bununla da alimlər kökəlmənin qarşısını almaq üçün həmin genlərin insan orqanizmində də dondurulmasını iddia edirlər. Hazırda insanlar qidalanma zamanı hormonların yüksək fəaliyyəti səbəbindən doymaq instinktini hiss etmirlər. Bu barədə beyinə ötürülən siqnal olduqca gec çatır və bu zaman insan normadan artıq qidalandığı üçün orqanizmdə piylənməyə yol açır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”