Ataya jurnalist gödəkcəsini kim verib?

12:20 27-02-2020 | icon 818 | KİV
Ataya jurnalist gödəkcəsini kim verib?

Müşviq Ələsgərli: "Tərəfimizdən heç bir blogerə və müstəqil çalışan fərdi şəxslərə gödəkcə verilməyib"

 

Ötən gecə bloger Ata Abdullayevin Xocalı soyqırımı günü Bakının mərkəzində çalışan bar-klubun fəaliyyət göstərməsini tənqid etməsi görüntüləri zamanı əynindəki jurnalist gödəkcəsi diqqət çəkib.

 

Qeyd edək ki, yalnız Mərbuat Şurasının üzvü olan media qurumlarına verilən jurnalist gödəkcəsinin Ata Abdullayevin əynində olması sosial şəbəkələrdə müzakirə yaradıb və belə bir sual doğurub: bir bloger və ya fərdi jurnalistika ilə məşğul olan şəxs Mətbuat Şurasından jurnalist gödəkcəsi ala bilərmi?

 

 

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Müşviq Ələsgərli bildirib ki, blogerə jurnalist gödəkcəsi MŞ tərəfindən verilməyib:

 

“Gödəkcə standart deyil və Mətbuat Şurası tərəfindən verilməyib. Ümumiyyətlə, Mətbuat Şurası tərəfindən heç bir blogerə və müstəqil çalışan fərdi şəxslərə gödəkcə verilməyib. Mətbuat Şurası gödəkcələri yalnız redaksiyalara verir.

 

Xüsusilə 2019-2020-ci illərdə keçirilən aksiyalarda ortaya belə fakt çıxdı ki, bir qisim insan çalışdıqları redaksiyalardan gedəndə o gödəkcələri özləri ilə aparıblar. İndi fərdi jurnalistika ilə məşğul olsalar da, yenə də MŞ-nın verdiyi gödəkcədən istifadə edirlər. Bir qisim şəxslər isə kustar halda hazırlanaraq bənzədilmiş gödəkcələrdən istifadə edirlər. Bu da yolverilməzdir”.

M.Ələsgərli bildirib ki, MŞ gödəkcəsindən bu cür sui-istifadə edən şəxslərlə bağlı hansısa cəza və qadağa hələlik yoxdur:

“Ona görə də MŞ yeni gödəkcəyə keçmək istəyir ki, bu anlaşılmazlıq aradan qalxsın. Yaxın vaxtlarda Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə yeni gödəkcələr hazırlayıb təqdim edəcək. Burada yeni mexanizmlər olacaq. Gödəkcələr kodlaşdırılacaq və nömrələnəcək. Artıq bunu saxtalaşdırmaq və başqaları ilə əvəz etmək mümkün olmayacaq. Gödəkcələr nömrələrlə konkret şəxslərə veriləcək və nömrəni itirən şəxslər məsuliyyət daşıyacaqlar”. /axar.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?