"Novruzla əlaqədar şənliklərin hamısı qüvvədədir"

12:59 27-02-2020 | icon 335 | Sosial
"Novruzla əlaqədar şənliklərin hamısı qüvvədədir"

"Dövlət Turizm Agentliyi hər bir ssenariyə hazırdır. Ölkədə Novruz bayramına hazırlıqlar davam edir. Novruzla əlaqədar şənliklərin və tədbirlərin keçirilməsi hamısı qüvvədədir. Hadisələr regionumuzda və dünyada hər gün dəyişir və bu, nəzərə alınmalıdır".

 

Versus.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

 

O qeyd edib ki, ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlamışdı, bu il isə müsbət tendensiya müşahidə olunur:

"İndi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. Koronavirus Azərbaycanın sərhədlərinə təzə gəlib. Yanvarda koronavirus Çində olsa da, bu qədər qlobal səviyyədə deyildi. Yanvarda Azərbaycana gələn turistlərin sayında 18 faiz artım var idi. Fevralda da rəqəmlər müsbət olacaq”.

 

Quluzadə deyib ki, İtaliya, Avropanın digər ölkələri, İranda, Gürcüstanda xəstəlik aşkarlanıb:

”Ətraf ölkələrdə ciddi problemlər var. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Biz ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Bu, hadisələrin gedişatından asılıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin