Eminin Amerika qitəsində möhtəşəm konserti

13:15 27-02-2020 | icon 701 | Şou-biznes
Eminin Amerika qitəsində möhtəşəm konserti

Xalq artisti Emin Ağalarovun ABŞ-dakı konsert turu anşlaqla başa çatıb.

 

Versus.az xəbər verir ki, sənətçi Torontoda, Nyu-Yorkda, Çikaqo və Los-Ancelesdə konsert proqramları çıxış edib.

 

Amerika tamaşaçısı musiqiçini anşlaqla yanaşı, həm də çox isti bir atmosferlə qarşılayıb. Hər bir şəhərdə konsertə gələn izləyicilər Eminin “Boomerang”, “Got me Good”, “Still”, “Я лучше всех живу”, “Нежная”, “Девочка моя” və digər hitlərini böyük maraqla dinləyib.

 

Xalq artistinin Nyu-Yorkdakı konserti dünya şöhrətli müğənni Uitni Hyustonun debüt etdiyi “Times Meydanı”n yaxınlığında yerləşən əfsanəvi “Town Hall”da baş tutub. Tələbə illərini keçirdiyi şəhərdə konsert proqramı ilə çıxış edən sənətçini izləmək üçün ulduzun anası, bacısı və həyat yoldaşı Alyona da gəlib.

 

Konsert turu Çikaqoda davam edib. Ən yadda qalan məqam isə Eminin ifasında dahi Müslüm Maqomayevin “Синяя Вечность” mahnısına tamaşaçıların reaksiyası olub. Bu mahnını tamaşaçı ayaq üstə dinləyərək, xalq artistini səhnədən buraxmaq istəməyib.

 

Sənətçinin son konserti Los-Ancelesdə (Hollywood) keçirilib. Emini dinləmək üçün konsertə məşhur iş adamı Ted Foksman, Meir Teper və müğənni Polina gəlib.

 

Tur çərçivəsində Emin ABŞ-ın məşhur media agentlikləri “City News Toronto” və “Daily Mail International”a müsahibə verib. Musiqiçi etiraf edibi ki, bu şəhərlərdəki hər bir tamaşaçı onun ən əlçatmaz arzusunu həyata keçirdi - musiqiçi olmaq və tamamilə dolu zalın qarşısında çıxış etmək. Xalq artisti mart ayında Belarusda, Özbəkistan və Qazaxıstanda konsert verəcək. O, Rusiya şəhərlərində də konsert turu ilə sevənlərinin önündə çıxış edəcək.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı