Xocalı soyqırımını qınayan Bəyanat imzalandı

14:24 27-02-2020 | icon 311 | Siyasət
Xocalı soyqırımını qınayan Bəyanat imzalandı

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İndoneziya Parlamentinin Nümayəndələr Palatasının bir neçə fraksiya rəhbəri də daxil olmaqla, 30 üzvü Xocalı soyqırımını qınayan Bəyanat imzalayıb.

 

Versus.Az xəbər verir ki, Azərbaycanın İndoneziyadakı səfirliyinin məlumatına görə, Bəyanatda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin erməni silahlı qüvvələrinin hücumuna məruz qaldığı, soyqırımı nəticəsində 106 qadının, 63 uşağın, 70 yaşlı olmaqla, ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü bildirilin.

 

Habelə, 28 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının günahsız qurbanlarının dərin kədər hissi ilə xatırlandığı, onların ailələrinə başsağlığı verildiyi, Xocalı faciəsi zamanı həyatlarını itirmiş insanların ailə üzvlərinin kədərlərini bölüşdükləri qeyd olunub.

 

Gələcəkdə dünyanın heç bir yerində bir daha insanlığa qarşı yönəldilmiş bu cür cinayətlərin baş verməməsi naminə, Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, Xocalıda həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsinin və Xocalıda törədilmiş dəhşətli cinayətin xatırlanmasının vacib hesab edildiyi vurğulanıb.

 

O cümlədən, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dövlətlər və hökumətlər, beynəlxalq insan hüquqları müdafiəçiləri, dini icmalar və digər aidiyyəti beynəlxalq institutlar erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərindəki mülki azərbaycanlı əhaliyə qarşı insan hüquqlarının pozulmasını, zülmün, vəhşiliyin və digər cinayət əməllərinin törədildiyi Xocalı soyqırımını sərt şəkildə qınamağa, həmçinin Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinə layiqli hüquqi qiymət verməyə dəvət edilib.

 

İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvləri hər kəsi Xocalı soyqırımını hər il yad edərək, onların xatirəsini əbədiləşdirmək təşəbbüsünü irəli sürüblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı