"Türkiyə dərhal atəşkəs və Soçi memorandumunun tam yerinə yetirilməsini təkid edir"

09:16 28-02-2020 | icon 254 | Dünya
"Türkiyə dərhal atəşkəs və Soçi memorandumunun tam yerinə yetirilməsini təkid edir"

“İdlib mövzusunda Rusiya ilə danışıqlar aparan Türkiyə dərhal atəşkəs və Soçi memorandumunun tam yerinə yetirilməsini təkid edir”.

 

Versus.Az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi cümə axşamı Ankarada İdlib mövzusunda Rusiya-Türkiyə məsləhətləşmələrinin üçüncü mərhələsinin nəticələrindən sonra deyib.

 

“Danışıqlar əsnasında nümayəndə heyətləri İdlibdəki vəziyyəti hərtərəfli araşdırdılar. Bildirdik ki, qısa müddətdə barışıq əldə olunmalıdır. Bu məqsədlə müvafiq addımların atılması təklif edildi. Soçi razılaşmasının tam şəkildə həyata keçirilməsinin və humanitar fəlakətin qarşısını almağın vacibliyini və kütləvi miqrasiya imkanlarını qeyd etdik” -deyə, Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlamasında vurğulayıb.

 

Qeyd edək ki, danışıqların ilk mərhələsi 8-10 fevral tarixlərində Suriyanın şimal-qərbindəki gərginliyin artması fonunda Ankarada baş tutdu. İkinci mərhələ isə 17-18 fevral tarixlərində Moskvada keçirilib.

 

Rusiya nümayəndə heyətinin tərkibinə prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev və xarici işlər nazirinin müavini Sergey Verşinin, həmçinin Müdafiə Nazirliyinin nümayəndələri daxil idi. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?