ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

11:22 28-02-2020 | icon 299 | Dünya
ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib. 

 

Versus.Az xəbər verir ki, Konqres üzvü bəyanatında Xocalı faciəsi qurbanlarının xatirəsini anaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 azərbaycanlının qətlə yetirildiyini vurğulayıb. 

 

V.Foks Xocalı faciəsi günü yüzlərlə insanın həyatını itirdiyini, ailələrin məhv edildiyi, şəhərin dağıdıldığını qeyd edərək 1994-cü ildə atəşkəsin əldə edilməsinə baxmayaraq münaqişənin hələ də həll edilmədiyini bildirib.

 

Bəyanatda Xocalı faciəsinin baş verdiyi 1992-ci ildə ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu, o zamandan etibarən Azərbaycanın terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşı olduğu, habelə iki ölkə arasında Ticarət Əlaqələri Sazişi və İkitərəfli İnvestisiya Müqaviləsinin olduğu vurğulanıb. 

 

Konqres üzvü Azərbaycanla dərinləşən əlaqələr fonunda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstəyinin vacibliyini qeyd edib.

 

Sonda V.Foks münaqişənin tezliklə həlli üçün tərəflərin birgə işləməsinə ehtiyac olduğunu qeyd edərək Xocalı faciəsində həyatını itirmiş insanların xatirəsini bir daha yad edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin