Azərbaycan üçün də risk var

11:54 28-02-2020 | icon 625 | Kürsü
Azərbaycan üçün də risk var

Hadisələr bundan sonra necə inkişaf edə bilər?

ELXAN ŞAHİNOĞLU

 

Kreml sahibi elə bilirdi ki, Türkiyə İdlibin əldən getməsinə görə Rusiya ilə münasibətlərin gərginləşməsinə getməyəcək, böyük layihələri risqə atmayacaq. Kreml bu hesabla əlaltısı Bəşər Əsədə “İdlibə hücuma başla” əmrini verdi. Ancaq Türkiyə geri çəkilmədi, verdiyi şəhidlərin əvəzini çıxdı. Kremlin hesabları yanlış çıxdı. Türkiyə ordusunun İdlib ətrafını tərk etməsi mümkün görünmür. Çünki, bu halda iki hadisə baş verəcəkdi. Birinci hadisə o olacaqdı ki, Türkiyənin illərdir formalaşdırdığı Suriya Azadlıq Ordusu Rusiya və Əsəd gücləri qarşısında məhv olacaqdı. İkinci hadisə isə o olacaqdı ki, İdlibin 3 milyonluq əhalisi borbardmdan Türkiyə sərhəddinə yışışacaqdı. Bu iki hadisə baş verməsin deyə Türkiyə ordusu İdlibi sonadək qorumağa və Əsəd ordusuyla genişmiqyaslı müharibəyə başlamağa qərar verdi.

 

Hadisələr bundan sonra necə inkişaf edə bilər?

Rusiya böyük risq içində olduğunu anlayır. Kreml anlayır ki, İdlib səmasında təyyarəsi və ya helikopteri vurulsa Türkiyənin mövqelərinə zərbə vuracaq. Bu isə faktiki Türkiyə-Rusiya müharibəsinin başlanmasına səbəb olacaq. Hələ ki, həm Türkiyə, həm də Rusiya hərbçilərinin toqquşma risqinin qarşısını almağa çalılışırlar. Türkiyə yalnız Əsəd ordusunun mövqelərini hədəf götürüb. Rusiya hərbiçiləri də çalışırlar ki, Türkiyə ordusunun dislokasiyası haqqında əvvəlcədən məlumatı olsunlar ki, toqquşma baş verməsin.

 

Buna baxmayaraq, vəziyyət o həddə çatıb ki, Türkiyə və Rusiya hərbçilərinin bir-birini hədəf götürməsinin risqi getdikcə artır. Kreml sahibi Vladimir Putin martın 5-də türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşə maraq göstərmirdi. Ancaq Türkiyə ordusunun verdiyi şəhidlər qarşılığında hücuma başlaması Putini mövqeyindən geri çəkilməyə və Ərdoğanla görüşməyə həvəsləndirə bilər. Yəni hardan baxsaq, birinci addımı Putin atmalıdır.

 

Putin Əsədə “dur” əmri versə İdlib ətrafında yenidən atəşkəsə nail olunacaq. Yox əgər Putin macərapərəst siyasətini davam etdirib Əsəd ordusunun İdlibi ələ keçirmək siyasətini dəstəkləsə, bu halda Türkiyə-Rusiya qarşıdurması qaçılmazdır. Bu isə Avrasiya bölgəsi üçün böyük fəlakətə səbəb olacaq. Azərbaycan da bu prosesdə kənar qala bilməyəcək, müttəfiqi ilə tərəfdaşı arasında seçim etmək məcburiyyətində qalacaq. Rusiya Türkiyənin bölgədəki müttəfiqlərini hədəf götürərək onlara təzyiqi artırmağa çalışacaq. Türkiyənin bölgədəki əsas və tək müttəfiqi isə Azərbaycandır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür