"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

12:25 28-02-2020 | icon 582 | İdman
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

Klubların UEFA reytinqi açıqlanıb.

 

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları və Avropa Liqasının 1/16 final matçları cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

 

Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Ağdam təmsilçisi 21,000 xalla Avropanın 71-cisi adına şərikdir. Ölkə çempionumuzla Yunanıstan PAOK-u eyni göstəriciyə malikdir.

 

Lakin hər iki komandanın mövqeyi üçün real təhlükə yaranıb. Avropa Liqasında 1/16 final səddini adlayan Türkiyə təmsilçisi “Başakşəhər” xal hesabını 19,500-ə yüksəldib. Hazırda 80-ci olan İstanbul klubu bir qələbə qazansa, “Qarabağ”ı arxada qoyacaq. Düzdür, aşağı sıralardakı digər komandalar da irəliləmək imkanına malikdir. Lakin bunun üçün onlar 1/8 final səddini də keçməlidir.

 

Azərbaycanın digər təmsilçilərindən “Qəbələ” 7,500 xalla 148-ci yerə şərikdir. “Neftçi”, “Səbail”, “Zirə”, “Keşlə” və “Kəpəz” 3,750 xala malikdir və 274-cü yeri bölüşürlər.

 

Qeyd edək ki, cədvələ İspaniya klubları “Real” (134,000), “Barselona” (124,000), “Atletiko” və Almaniya “Bavariya”sı (hər ikisi 123,000) başçılıq edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür