ELMAN ELDAROĞLU Sumqayıt hadisələrindən yazdı

13:37 28-02-2020 | icon 179 | Köşə
ELMAN ELDAROĞLU Sumqayıt hadisələrindən yazdı

Qalanı acı xatirələrdir...

 

Bu barədə heç vaxt, heç yerdə yazmamışam. Onda mənim 22 yaşım var idi. Üstündən 32 il keçəndən sonra o dövrdə yaşadığım hadisələri sizinlə bölüşmək qərarına gəldim. İnsan yaşlandıqca gördüklərinin mahiyyətini daha çox anlayır...

 

Təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup erməni evlərə soxulur, öz soydaşlarını eyvandan, pəncərədən çölə atır, qadın və qızları zorlayırdılar. Hamı əsəbi, hər kəs təlaş içində idi. Hadisələri doğru-düzgün qiymətləndirməyin vaxtı deyildi. İnsanları yayılan şayələr idarə edirdi...

 

Təqvimdə 28 fevral 1988-ci il idi. Dünən şəhərdə baş verən hadisələr hamı kimi məni də sarsıtmışdı. Ç.İdırım adına Politexnik İnstitutunun axşam şöbəsinin tələbəsi idim. Gündüzlər isə Sumqayıt Superfosfat zavodunda ekspeditor işləyirdim. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım, hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi mən də bir parça “armatur”u qəzetə bükərək özümlə götürdüm və avtobus dayanacağına doğru yürüdüm. Yalan olmasın, bəlkə də zavodun bütün gəncləri orada idi. Nə isə, avtobuslara doluşub şəhərə yola düşdük. Biz şəhərə çatanda sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə - köhnə avtovaqzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb. Dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara yığıb mühafizə edirlər. Heç kimin tanımadığı kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırırdı - “Vurun Əli şiələri, əsgərlər bizim düşmənlərimizdir. Erməniləri müdafiə edirlər. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”...

Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərə daş atır, şəhəri tərk etmələrini tələb edirdilər. Mən də onların arasında idim. Baş o qədər qarışmışdı ki, bir də gördüm ki, 7-8 rus əsgəri məni mühasirəyə alıb. Əlimdəki daşları yerə atmağımı tələb edirdilər. Daşları yerə atan kimi onlardan biri avtomatın qundağı ilə burnuma vurdu. Digəri isə əsgər beli ilə başıma zərbə endirdi. Bir də onu gördüm ki, iki əsgər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırır. Maşın insanlarla dolu idi. Sınmış burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Az vaxt keçmişdi ki, bizi Sumqayıt Milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada qaldıq, sonra bizi Bayıl türməsinə apardılar. On dörd gün orada qalandan sonra əməlimdə heç bir cinayət tərkibi olmadığı üçün çoxları kimi məni də yenidən Sumqayıt Milis şöbəsinə gətirib azadlğa buraxdılar. Qalanı acı xatirələrdir...

Təqvimdə 28 fevral 2020-ci ildir. Sumqayıt hadisələrindən 32 il keçir. İndi anlayıram ki, o hadisələr KQB-də ssenarisi yazılan, mənfur ermənilərin nümayiş etdirdiyi faciəvi tamaşa idi...

Xəbər lenti

Qənirə Paşayeva yardımlaşma kampaniyasını davam etdirir

Millət vəkili 105 saylı seçki dairəsində yaşayan Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün tibbi ləvazimatları göndərib

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..

“Artıq Azərbaycan bayrağı Xankəndinə sancılmalıdır!” - MÜSAHİBƏ

Fərəc Quliyev ərzaq təhlükəszliyi ilə bağlı müraciət etdi - VİDEO

"Dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər..."

“Ən pis ssenariyə hazır olmalıyıq"

"Avstraliya Dağlıq Qarabağdakı "seçkilər"i tanımır"

icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb

Əgər Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunsa, infeksiyanın yeni yayılma riskləri sıfıra bərabər olar

"Vətəndaşlar icazə üçün yarım saat, bir saat əvvəldən müraciət etməlidir"

Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması qaydası

Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

"Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır"

Avtobus dayanacaqları dezinfeksiya edilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI

Karantin günlərində küçədə rəqs edən Səmra tənqid olundu - VİDEO

#EvdəQal

“Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edildi

“Mançester Siti”də Qvardiaolanı əvəzləməyə əsas namizəd bəlli olub

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Səs dalğaları xərçəngin diaqnostikasına kömək edə bilər - VİDEO

Cavan qalmağın mexanizmi hazırlanıb

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi açıqlanıb

Virus birbaşa ürəyin əzələ hüceyrələrli ilə təmas edir?

#Evdeqal prinsipi ilə...

Koronovirusla bağlı faktlar və dəlillər...