Qotiq üslubu

17:12 29-02-2020 | icon 3284 | Mədəniyyət
Qotiq üslubu

Qotiq üslubu necə yarandı?

 

XII əsrdən etibarən Avropada 300 il içərisində varlığını sürdürmüş olan qotik üslubu binalardakı fərqliliyi ilə diqqəti çəkir və seçilir. Bu üslubu anlamaq üçün binalara dərindən nəzər salmağa ehtiyac yoxdur. Çünkü ilk görünüşdə özünü açıq ifadə edir. Bundan əlavə bir sıra gizli nüanslar da yer alır ki, bu da heyrətləndirici görüntülər bəxş edir.

 

İlk olaraq Sugar adlı bir keşişin Avropada Fransanın şimalında Saint. Denis kilsəsinə baş rahib təyin edildikdən sonra həmin kilsənin yenidən planlanmasına qərar verir. Bundan sonra kilsənin planlanması zamanı bir sıra yeniliklər edilir. Belə ki, kilsənin layihələndirilməsi zamanı bir sira yeniliklər meydana çıxır. Planda təbii işığın binanın içəri maneəsiz daxil olmasına önəm verilir. Bunun yanı sıra tikinti materyalı olaraq təkcə daşlardan deyil, taxta və parıltılı metal materyalların istifadəsinə geniş yer verilir. Məqsəd içəri daxil olan işığın yansıması ilə birlikdə, həmin parıltılı metal materyalların işığı əks etdirməsi nəticəsində məkanın daha aydınlıq mühitə çevrilməsini təmin etmək idi. Qotik üslubuda bununla birlikdə memarlığa daha bir neçə yenilik bəxş etdi. Həmin dövrdə kilsələrin inşasında bu cür yenilikləri o dövrün keşişləri xoş qarşılamadılar. Çünkü həmin dövrdən daha öncəki dövrlərdə inşa edilmiş olan kilsələrdə bu cür bəzəkli və parıltılı işcilik yer almırdı. Yerli əhali də bu yeniliyi xoş qarşılamamışdı.

 

Zamanla əlavə edilən yenilik sahəsində kilsələr artıq göz oxşayır, həm də şəhərlərin önəmli binalarına çevrilirdi. Qotik üslubunun gətirmiş olduğu yeniliklər nəticəsində artıq insanlar kilsələrin içərisində özlərini daha rahat hiss edərək, kilsələrdə daha çox zaman keçirməyə başladılar. Həmin trendə qoşularaq daha sonralar inşa edilən kilsələrin divarlarında pəncərələrə daha çox yer ayrılırdı və olduqca göstərişli əl işləri sərgilənirdi. Daha öncələr dar və qısa pəncərlər istifadə edildiyi halda, artıq insan boyunu aşan pəncərələrə yer verildi. Qotik dönəmində taxta oyma sənəti ilə yanaşı binalarda daşlardan və metaldan hazırlanan göstərişli detallar geniş yer almağa başladı.

 

Qotik üslubuna aid olan binaların hər bir tərəfində pəncərə qoyuldu. Həmin dövrdə təkcə dülgərlər deyil, daş ustaları da baş yoraraq daha kəskin formada valutlar inşa edərək həmin valutların ağırlığından yaranan basıncın qarşısını almaq üçün gizli dayaqlar inşa etdilər. Bütün bunlardan əlavə Qotik üslubda olan kilsələrin tavan hissəsi daha iti bucaq altında birləşməsi ilə yanaşı, daha riskli görüntülər bəxş edən və çölə doğru qabarıq tavanlar yer aldı. Tavanlar isə gizli kəmərlər vasitəsi ilə möhkəmləndirildi. Həmin dövrdə artıq Qotik üslubu ilahi bir üsluba çevrilmişdi. Çünki artıq binalarda olan düz divarlar yerini estetik görünümlü sütunlara vermişdi. İlk baxışda sütunlar tavan hissədən gələn ağırlığa tab gətirə bilməyəcəyi fikri yaradırdı. Çünki gözlə baxdıqda gizli ağırlıq daşıyıcılarını görüb anlamaq mümkün deyildi.

 

İlk baxışda qotik üslubunu digər üslublardan fərqləndirən özəllik formaların daha uzun, bucaqların daha iti və həcmlərin daha geniş olmasıdır.

 

Mühəndislərin baş yorduğu bu yeniliklər binalarda bir gipnoz etkisi yaradırdı. Bundan əlavə ağırlığı daşımaq məqsədi ilə inşa edilən köməkci elementlər yalnız bir bəzək elementi təəüsüratı bağışlayırdı. Bir tərəfi havada asılı formada duran köməkçi dayaq vasitələri inşaatın bir hissəsi olaraq deyil, daha çox bəzək detalı olaraq gözlər önündə sərgilənirdi. Qotik üslubuna daxil olan həmin köməkçi dayaqlar günümüzdə də iki formada istifadə edilərək binaların möhkəmliyinin təmin edilməsində önəmli rol oynayır.

 

Bu kimi yeniliklər Qotik dönəmində oduqca başarılı yeniliklər idi. O dövürdə Qotik üslubunda inşa edilən kilsələr və binalar şəhərlərin simgəsinə çevrilirdi. Həmin dönəmdə Artıq binalarda yeni bir moda formalaşmışdı. Şəhərə daxil olan turistlərin böyük marağına səbəb olan bu üslub qısa zaman içərisində Avropanın hər bir yanına yayıldı.

 

Emin Ələkbərov
/Memar/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI