"Rusiya arxivləri göstərir ki, erməni soyqırımı olmayıb"

18:01 29-02-2020 | icon 439 | Dünya
"Rusiya arxivləri göstərir ki, erməni soyqırımı olmayıb"

Rusiyada fəaliyyət göstərən erməni vəkil Ruben Kirokosyan türkiyəli tarixçi Məhmət Pərinçəkin Rusiya-Türkiyə münasibətlərinə dair kitab təqdimatında təxribat törətməyə cəhd edib.

 

Versus.Az xəbər verir ki, Arbatdakı "Moskva Kitab Evi"ndə keçirilən “Rusiya-Türkiyə diplomatiyasının gizli səhifələri arxiv materiallarında: Möhtəşəm Süleymandan Nazim Hikmətədək" kitabının təqdimatı zamanı söz alan erməni vəkil Ruben Kirokosyan müəllifə qondarma "erməni soyqırımı", Türkiyədə yaşayan "kripto ermənilər"(gizli ermənilər – red.) və guya Türkiyənin Rusiyaya müharibə elan etməsi ilə bağlı suallar verib. Erməni təxribatçının verdiyi suallar təqdimatda iştirak edən Azərbaycan diasporunun nümayəndələrinin və rusiyalı elm adamlarının etirazına səbəb olub.

 

Lakin türkiyəli alim Məhmət Pərinçək erməni təxribatçının bütün suallarına təmkinlə və tarixi faktlara istinad edərək cavab verib:

"Mənim sizin suallarınızın hər birinə cavabım var. Mən uzun müddət Rusiya arxivlərində araşdırmalar aparmışam. Erməni məsələsi ilə yazdığım kitabların hamısı Rusiya arxivlərindəki sənədlərə əsaslanıb. Bir daha təkrar edirəm, Rusiyanın dövlət və hərbi arxivlərindəki sənədlərə, Türkiyə arxivlərindəki yox... Rusiyanın arxivləri 1915-ci il hadisələrinin soyqırımı olmadığını sübut edir. Tarixi sənədlər I Dünya müharibəsi zamanı Osmanlı dövlətində həm müsəlmanların, həm də ermənilərin qırıldığını göstərir. Rusiya arxivləri göstərir ki, erməni soyqırımı olmayıb.

O ki qaldı sizin Türkiyədə yaşayan "kripto ermənilər"lə bağlı sualınıza, deyə bilərəm ki, Osmanlıda yaşayan ermənilərin sayı 800 min civarında olub. Bu gün də Türkiyədə ermənilər yaşayır. Onlardan dinini və milliyyətini dəyişənlər da var. Elə bu kriptoermənilərin mövcudluğu onu göstərir ki, Osmanlıda erməni soyqırımı olmayıb. Soyqırımı olsaydı, Türkiyədə bir dənə də olsun erməni qalmazdı".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür