Azərbaycan vətəndaşlarının İrandan çıxması üçün zəruri dəhliz təmin olunacaq

18:08 29-02-2020 | icon 411 | Siyasət
Azərbaycan vətəndaşlarının İrandan çıxması üçün zəruri dəhliz təmin olunacaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş məlumata əsasən, cari ilin 29 fevral tarixində saat 16:00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Versus.Az-a verilən məlumata görə, bu xüsusda, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirələr aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

 

İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xətlər fəaliyyət göstərir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xətlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.

 

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi:

Ünvan: Tehran şəhəri, Neyistan 3, Rastovan küç., 16.

Telefon: (+98 910) 559 56 10; (+9821) 22 55 82 99; (+9821) 22 55 42 55.

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu:

Ünvan: Təbriz səhəri, Vəliəsr, Arif küç., 9

Telefon: (+98 902) 095 13 83; (+98413) 333 48 02/04.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin