TAMİLLA QULAMİ yazır: Ruhunuzu şad etmək üçün savaşırıq

22:01 29-02-2020 | icon 1321 | Köşə
TAMİLLA QULAMİ yazır: Ruhunuzu şad etmək üçün savaşırıq

...Yanınızda başıaşağıyıq, ŞƏHİDLƏR!

 

Bu gün Milli Qəhrəman, şəhidimiz Elman Hüseynovun doğum günüdür. Şəhidimiz Tərtərin Azad Qaraqoyunlu kəndindəndir. Azad Qaraqoyunlu kəndində şəhidimizin adına olan bulağı görsəniz, təsəvvür edirəm nə deyərsiniz. Kənd sakinlərilə görüşdə problemlərlə bağlı danışanda dedilər ki, bizi insan kimi saya almırlarsa, heç olmasa, şəhidimizə qarşı belə yanaşmasınlar. Nə imkan verirlər biz edək, nə də rəhbərlik özü edir.

 

Yanınızda başıaşağıyıq, ŞƏHİDLƏR! Nə haqdan danışa bilirik, nə hüquqdan. Amma mübarizəmizə davam edirik, edəcəyik də... Ruhunuzu şad etmək üçün savaşırıq...

 

...Və bu mənzərələr Tərtərin demək olar ki, bütün kəndlərindəki şəhid bulaqlarında eynidir.

Qeyd edim ki, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad ağa (Azad Qaraqoyunlu kəndi Azad ağanın şərəfinə belə adlandırılıb) Cavanşirin oğlu, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti zamanı daxili işlər naziri, həmçinin ticarət və sənaye naziri vəzifələrini icra edən, Azərbaycan parlamentinin üzvü olan, alman dilini mükəmməl bilən, fransız, rus, gürcü, ingilis dillərində sərbəst danışan Behbud ağa Cavanşir də Azad Qaraqoyunlu kəndindəndir. O Behbud Ağa Cavanşir ki, onun da digər dövlət qurucularımız kimi haqq etdiyi anım muzeyi, anım məkanı ölkəmizdə demək olar ki, yoxdur.

 

Behbud Ağa Cavanşirin anım məkanı Türkiyənin İstanbul şəhərində erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirildiyi yerdə salınıb. Öz ölkəmizdə isə dostumuz Emin Hüseynlinin atası, Azərbaycanımızın fəxri Elman Hüseynovun adına olan bulaq acınacaqlı durumdadır- (ümumi Tərtər acınacaqlı durumdadır, o da bir ayrıca mövzudur). İndi də Behbud Ağa Cavanşir, Elman Hüseynov kimi vətən fədailərinə olan sayğısızlığı gördükcə bir daha üzülürük, canımız yanır.

 

DÖVLƏT BABA, BİZİ EŞİDİRSƏN?

 

P.S. Bu arada xatırladım ki, ŞƏHİDlərimizə olan bu cür münasibət o dövrdə də məmurlar tərəfindən var idi. Belə ki, avqustun ilk günlərində Şuşaya gələn Behbud ağa Cavanşir Əhməd bəy Ağayevlə birgə Qafqaz ümummüsəlman müdafiə komitəsini -“Difai” partiyasını yaratdığına görə 1907-ci il avqustun 28-də Cavanşir (Tərtər) "uyezd"inin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilirdi:

"Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud ağa Cavanşirski və Niftalı bəy Behbudovdur".

 

Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud ağanın Tərtər rayonunun Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərirdi...

 

P.P.S. Yəni o zamanın da Müstəqim Məmmədovları var idi...

 

QEYD: Təəssüflər olsun ki, Azad Qaraqoyunlu kəndindən olan tanınmış jurnalist Kənan Rövşənoğlunun nə kəndin (ümumilikdə Tərtərin) bərbad durumunda olan məktəb(lər)ilə bağlı, nə doğru-düzgün tibb məntəqə(lər)sinin olmaması ilə bağlı, nə də yuxarıda sadaladığım problemlərlə bağlı tələb və təkliflərinə rastlamamışam. Varsa, lütfən aydınladın, bir daha paylaşaq, tələb edək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI