Putinin Rusiyada reytinqi azalır

23:14 29-02-2020 | icon 712 | Kürsü
Putinin Rusiyada reytinqi azalır

Həmin Putin vaxtilə qardaş adlandırdığı Ukraynanı parçalayıb

ELXAN ŞAHİNOĞLU
/
politoloq/

 

Rusiya Türkiyə ilə münasibətlərin gərginləşməsində maraqlı olmamalı idi. Rusiya onsuz da Qərbin sanksiyaları ilə üz-üzədir, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Putinlə sıx əməkdaşlıq edirdi, Kreml sahibiylə ən çox görüşən prezident idi. Belə olan halda nədən Rusiya Müdafiə Nazirliyi Türkiyə hərbçilərinin İdlibdəki koordinatlarını bilə-bilə Əsədin generallarına şəhəri atəş açmağa əmr verib və ya atəşə seyrçi qalıb? Axı Türkiyənin müdafiə naziri Hulusi Akar da bəyan edib ki, türkiyəli hərbçilərin İdlibdəki hərəkət trayektorisya haqqında bilgiləri hadisədən 4 gün əvvəl, yəni fevralın 23-də Moskvaya göndəriblər. Demək ortada təxribat var.

 

Əsas sual budur: Türkiyəyə qarşı təxribatın arxasında kim dayanıb: Ərdoğanla dostlaşan Putin, yoxsa Kreml sahibinə xəbər vermədən İdlibə atəş açmağa əmr verən rusiyalı generallar?

 

Əlbəttə, Rusiyada bütün əmrlər Putindən gəlir. Ancaq məntiqlə İdlibə görə Türkiyə və Ərdoğanla münasibətlərin gərginləşməsi Kreml sahibinin maraqlarına cavab verməməlidir. Buna baxmayaraq, həmin Putin vaxtilə qardaş adlandırdığı Ukraynanı parçalayıb, qardaşının torpağını əlindən alıb. Qardaşına qarşı bunu edən taktiki tərəfdaş saydığı Türkiyəyə qarşı da edə bilərdi.

 

Buna baxmayaraq, belə bir versiyanı da ehtimal olaraq düşünürəm: Putinin Rusiyada reytinqi azalır, 4 ildən sonra hakimiyyətdən gedəcək. Türkiyə ilə əlaqələrdən narahat olan bir qrup rusiyalı generalın nazirə və prezidentdə xəbər vermədən və ya yalan xəbər verərək, Əsəd generallarına İdlibə hücum əmri vermələri mümkün ola bilərdimi? Demirəm ki, məhz belə olub. Bir ehtimal kimi düşünürəm. Çünki, 2015-ci ildə də Türkiyə Rusiyanın hərbi təyyarəsini vurduqdan aylar sonra Ankarada Ərdoğana yaxın firuqlar belə fikirlər səsləndirdilər ki, bu FETÖ-nün təxribatı idi. Türkiyə ordusunda FETÖ-ya bağlı güclər Türkiyə ilə Rusiya arasındakı münasibətləri gərginləşdirmək üçün qəsdən Rusiya təyyarəsini vurdular. Əgər FETÖ əliylə Türkiyə ordusunda Ərdoğana qarşı təxribat olmuşdusa, Putinə qarşı da öz ordusunda təxribat ola bilərdimi?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı