"Dövlət başçısı bu addımı ilə cəmiyyətimizə çox önəmli mesajlar vermiş oldu"

16:54 02-03-2020 | icon 742 | Siyasət
"Dövlət başçısı bu addımı ilə cəmiyyətimizə çox önəmli mesajlar vermiş oldu"

Əlisahib Hüseynov: "Tariximizə, tarixi şəxsiyyətlərimizə qara yaxmaqdan əl çəksinlər"

 

"İlham Əliyevin bu addımı Şah İsmayıl Xətainin adını hallandıranlara əyani tarix dərsidir".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında DADP sədri Əlisahib Hüseynov deyib.

 

Partiya sədri Prezident İlham Əliyevin böyük tarixi şəxsiyyətlərimizdən biri, Bütöv Azərbaycanı güclü bir dövlət halına gətirərək tarixdə ilk imperiyamızı - Səfəvilər imperiyasını quran hökmdarımız Şah İsmayıl Xətainin heykəlinin əlverişli bir məkana köçürülməsi barədə qərar verməsini və bu gün də həmin abidənin köçürüldüyü yeni salınmış parka gələrək şair-hökmdarın abidəsi önünə gül dəstəsi qoymasını, sayğı duruşu ilə öz ehtiramını bildirməsini yüksək qiymətləndirib:

 

"Bu, sıradan bir hadisə deyil. İlham Əliyev bu addımı ilə ortaya çox gözəl bir nümunə qoydu. Şah İsmayıl Xətainin heykəlinin uyğun yerə köçürülməsi və burada parkın yaradılması dövlətçiliyimizə, tariximizə, tarixi şəxsiyyətimizə sahib çıxmaq nümunəsidir.

Dövlət başçısı bu addımı ilə cəmiyyətimizə çox önəmli mesajlar vermiş oldu. İlk növbədə bir daha bəlli oldu ki, tarixi irsimizin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Digər bir mesaj isə tariximizə daş atan, böyük hökmdarımıza dil uzadan daxili və xarici düşmənlərə ünvanlanıb. "Şah İsmayıl Xətainin qurduğu və idarə etdiyi Səfəvilər dövləti bizim dövlətdir və tariximizin çox şərəfli bir parçasıdır" mesajı tariximizi təftiş edənlərə, cəmiyyətimizi dini-ideoloji zəmində parçalamağa çalışanlara, Azərbaycanın dövlətçilik ənənlərinin qədimliyini şübhə altına alanlara İlham Əliyev tərəfindən verilmiş ən gözəl dərsdir. Mən İlham Əliyevin bu addımını Şah İsmayıl Xətainin adını çirkin məqsədlərlə hallandıranlara hesablanmış əyani tarix dərsi hesab edirəm. Şah İsmayıl Xətainin ünvanına hər cürə cəfəngiyyat səsləndirənlər qoy bundan sonra öz fikirlərinə, iddialarına, açıqlamalarına da biraz çəki-düzən versinlər. Tariximizə, tarixi şəxsiyyətlərimizə qara yaxmaqdan əl çəksinlər. Tarixə sayğısız yanaşanları tarix bağışlamır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol