Türkiyənin və türkçülüyün "strateji hədəflər"i bir cümlədə...

17:32 02-03-2020 | icon 907 | Köşə
Türkiyənin və türkçülüyün "strateji hədəflər"i bir cümlədə...

...Və bu necə "strateji hədəf"dir!?

İGİD TEYMURLU

 

Türkiyənin və türkçülyün strateji hədəfləri sosial şəbəkə qəhrəmanları tərəfindən eninə, uzununa müzakirə predmetinə çevrilib müxtəlif kontekstdən dəyərləndirilir.

 

Kimin baxışlarında Türkiyəyə və türkçülyə münasibətdə sapmalar mövcuddur: cənab Ərdoğanın, yoxsa sosial şəbəkədə meydan sulayan klaviatura qəhrəmanlarının?..


Və bu, necə strateji hədəfdir ki, ciki də, biki də guya hər kəsə bəllidir? Sizcə "dərin dövlət" doğrudanmı bunca tupoy oldu ki, a ilə t-nı tanımayandan tutmuş millətə atalıq və analıq etmək istəyənlərə qədər hər kəs politoloqluq edib, uzun, incə bir yolda olduğunu sərgiləməkdədir.


O strateji hədəflərə və bu strateji hədəflərə doğru atılan addımlara heç uzaq keçmişi demirəm, zamanında nurçularla gülənçilərin birgə addımladıqları yolun enişindən, yoxuşundan, onda hələ söz sahibi olmasa da, islam fədaisi kimi davranan cənab Ərdoğanın daşıdığı ictimai funksiyanın özəlliklərindən, rusların Azərbaycandakı 20 Yanvar qətliamından sonra "Fətullah Gülən və Gülən camaatı"nın sərgilədiyi mövqe, Xocalı soyqırımı və erməni daşnaklarıyla bağlı ictimai sferaya təqdim olunan addımlar, "erməniyə bağlanan qapılar"la paralel futbol matçı zamanı Ermənistan və Türkiyə dövlət başçılarının sərgilədikləri mövqe, Türkün Doğuluşunda Yeni Gün olan Ergenekon adının terror yarlığı altında ictimailəşdirilməsi, "bordo bereli"yə olan inam və "bordo bereli"ni mif olaraq geniş ictimaiyyətə təqdim etmək naminə taatrallaşdırılmış səhnələr, "sayın Şimon Peres"ə "van minut" təpkisi, 40 min türk əsgərini qətlə yetirən dağdan enən peşmərgənin köylərdə qəhrəman kimi qarşılanma mərasimi, PKK rəhbəri olan Abdullah Öcalanın qandallanma faktı, PKK-nın siyasi cəhətdən təşkilatlanma proseduruna baxış, dünyanın Türkiyə ilə hesablaşma faktı, gerçək həlli baxımından qartımış problemə çevrilən Qarabağ məsələsi, dünyanın gözü qarşısında Yaxın Şərqdə soyqırıma məruz qoyulan türkmanlar, Çin rejiminin uyğur türklərinə qarşı insanlığa sığmayan vəhşi addımları, uyğur türklərinin soyqırıma və assimilyasiya siyasətinə məruz qoyulması, onların fəryadları, 28 ərəb dövlətinin illər uzunu bir araya gələ bilməmələri fonunda "AKP iqtidarını xilafət eşqi", 7 türk dövlətinin bütün taleyüklü məsələlərinin həllində ortaq məxrəcə gələ bilmələri üçün yetərli çabaların göstərilməməsi, Oğuz Xaqanımızın Öygüsü, I Pyotrın bədnam "Vəsiyyətnamə"si, cənab Ərdoğanın Ulusal TV kanalının efirlərindən tez-tez təqdim olunan "mən fəxr edirəm ki, Orta Doğu projesinin müəlliflərindənəm" fikri, Rusiya-Türkiyə münasibətlərində Ərdoğanın daha praqmativ lider obrazında görünməsi, gerçək müharibənin maliyyə və iqtisadi baxımdan Türkiyəyə hansı qiymətə başa gəlməsi, hansı bədəl ödəməsi, Kırımın işğalına münasibətdə dünyanın. özəlliklə Türkiyənin seyirçi mövqedə dayanması, açıq mətnlə və açıq jestlərlə türkə nifrətini bildirən bədəvi və göl ərəblərinin haqqını sovunan tək davranan AKP iqtidarının Güney Azərbaycandakı 40 milyondan artıq türkün edamına mağmuncasına baxması, bu vəhşəti, bu dəhşəti seyr etməsi, "dildə, fikirdə, əməldə birlik" deyən İsmayıl bəy Qaspıralı, Əlibəy Hüseynzadə, Atatürk, Ziya bəy Göyalp ideyalarına xor baxışın at belinə qaldırılması faktoru baxımından qiymət verəsi olsaq nəyin şahidi olarıq?...


Danışaqmı Türkiyənin və türkçülüyün strateji hədəflərindən!?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq