Türkiyənin “Bahar qalxanı” hərbi əməliyyatı: regionda sülh və təhlükəsizlik naminə

 

20:22 02-03-2020 | icon 923 | Kürsü
Türkiyənin “Bahar qalxanı” hərbi əməliyyatı: regionda sülh və təhlükəsizlik naminə
 

Ümid edirik ki, terrorizmə qarşı səylərini birləşdirəcəklər

NÜŞABƏ MƏMMƏDOVA

/Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri,
Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti/

 

 

Son 9 ilə yaxındır Türkiyənin xarici siyasətinin mərkəzində dayanan ən önəmli məqsədlərdən biri Suriya ilə olan sərhədinin  PKK/PYD və YPG terror qruplaşmalarının əks həmlələrindən azad edilməsi, Türkiyə və eləcə də region dövlətlər və xalqlar üçün yaranacaq təhlükə mənbəyinin aradan qaldırılması, sülhün və sabitliyin bərqərar olunmasıdır. Bu istiqamətdə atılan hüquqi addımlardan biri, 2017-ci ildə regionda təhlükəsizliyin yaradılması məqsədilə beynəlxalq razılaşma sənədnin imzalanması oldu. Soçidə imzalanan 10 maddəlik sazişə əsasən Rusiyanın razılığı ilə Türkiyə-Suriya sərhədində yerləşən İdlib ərazisi Türkiyənin nəzarəti altında olmaqla münaqişəsiz zona elan edildi.

 

Fevralın 27-də İdlib əyalətində 33 türk əsgər və zabitin öldürülməsi, Türkiyə ordusunun Suriyada geniş məqsədyönlü hərbi əməliyyata, sonradan “Bahar Qalxanı” adlandırılan hərbi əməliyyatına başlamasını zəruri etdi. Bu vəziyyət isti münasibətlərin soyuqlaşmasına  doğru gedən Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirdi. Hər iki tərəfə ağır itkilər gətirməkdə olan İdlibdəki hərbi əməliyyat,  ABŞ, Avropa ölkələrinə regionda dividentlərinin artırılmasına şans yaratsa da, narahatçılıqlarını əks etdirən çağırışlarla müraciət etdilər.

 

ABŞ Prezidenti Donald Trump Suriyanın şimal-qərbindəki vəziyyətin pisləşməsi və humanitar fəlakətin qarşısını almaq üçün Türkiyənin səylərini birmənalı dəstəklədiyini  bildirdi.

 

Deutsche Welle (DW) Almaniyanın beynəlxalq yayım şirkətinin məlumatında bildirilir ki,  Almaniya kansleri Angela Merkel, Suriya və onun tərəfdarlarını İdlib vilayətindəki hücum əməliyyatlarına son qoymağa çağırdı. Kansler öz müraciətində  Suriya rejimi tərəfdarları tərəfindən  Türk qoşunlarına edilən amansız hücumları,  İdlibdə 33 türk əsgərinin ölümünə səbəb olan hücumunu qınadı və Suriya rejiminin və tərəfdarlarının hücum əməliyyatlarına son verməyə və bütün dünya dövlətləri liderlərini həmrəy olmağa çağırdı.

 

BMT-nin Baş katibi Antonio Guterres, Suriya müxalifətinin İdlibdə təcili atəşkəsin bərpa olunmasına çağırdı.

NATO-nun baş katibi Jens Stoltenberg İdlibdə hərbi əməliyyatların alovlanmasında  Suriya və Rusiyanı qınadı, hər iki dövləti beynəlxalq hüquqa hörmət etməyə çağırdı. NATO üzvü olan 29 ölkədən Türkiyənin antiterror hərbi əməliyyatına – sonradan “Bahar Qalxanı” adlanan hərbi əməliyatına dəstək fikirləri gəldi.

 

Rusiyaya gəldikdə, Rusiya rəsmiləri, xüsusilə Müdafiə Naziri İdlibdə hərbi əməliyyatların Rusiya ilə deyil, Suriyanın rejim qüvvələri ilə aparıldığını və Türkiyə tərəfindən Suriyaya məxsus iki təyyarənin vurulmasini bəyan etdi. Qeyd edək ki, Rusiya informasiya agentlikləri Martın 1-də Türk Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus 2 təyyarənin vurulması haqqında məlumatlar yayımlamışdı.

 

Türkiyəyə gəldikdə isə, Müdafiə Naziri Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək niyyəti olmadığını,  əsas məqsədin rejimin qətliama son verməsinə nail olmaqdan ibarət olduğunu bildirdi.

 

Ümid edirik ki, Türkiyənin Suriya ilə sərhədlərində həyata keçirdiyi “Bahar Qalxanı” hərbi əməliyyatı terrorizmə, zorakılığa son qoyacaq, Yaxın Şərqin müxtəlif bölgələrindən- Suriyadan, Liviyadan, İraqdan, Əfqanstandan və digər bölgələrdən terrorizmin qurbanına çevrilmiş və bu gün Avropaya açılmış sərhədlərdən  keçmək üçün həyatları ilə mücadilə aparan yüz minlərlə sivil insanlar, üçdə biri 18 yaşına çatmamış uşaqların hüquqları qorunacaq, bərpa olunacaq, Dünya birliyi, Beynəlxalq təşkilatlar terrorizmə qarşı səylərini birləşdirəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI