Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələr başa çatır

11:13 03-03-2020 | icon 376 | Təhsil
Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələr başa çatır

Bu gün təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu üçün müsahibələr başa çatır.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

 

“Ümumi təhsil haqqında” qanuna əsasən, təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir. 

 

Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil edilib. 

 

Ümumilikdə respublikanın regionlarında 24 fevraldan başlayan müsahibə komissiyalarının sayı 50-dir. Müsahibə komissiyalarının şifahi nitq bacarığını yoxlaması zamanı həmin uşaqların 9 faizə qədəri qeyri-qənaətbəxş cavab alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI