Nazirlikdə kadr islahatları gözlənilir

14:25 10-05-2018 | icon 131 | Mədəniyyət
Nazirlikdə kadr islahatları gözlənilir

"Sözsüz ki, yeni yaranan Mədəniyyət Nazirliyində kadr islahatları da aparlılacaq".

 

Versus.Az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaranan Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri barədə danışarkən deyib.

Nazir hesab edir ki, Azərbaycan mədəniyyəti ölkəmizə çoxsaylı qonaqların cəlb olunmasına, Azərbaycana hörmət qazandırmağa layiq olan bir sahədir. Mədəniyyət sahəsi həmişə həm Azərbaycan xalqının mənəviyyatına, həm də onun təbliğ olunmasına xidmət edəcək.

Ə.Qarayev bildirib ki, yeni yaranan Mədəniyyət Nazirliyi öz fəaliyyət istiqamətlərini dəyişdirməyəcək:

 

“Biz öz fəaliyyət istiqamətlərimizi demək olar ki, dəyişdirmirik. Biz öz işimizi davam etdiririk. Sadəcə indi turizm sənayesi artıq iqtisadi sahə kimi idarə olunacaq. Bu gün Azərbaycan turizam sənaysi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət Nazirliyinin funksiyaları sözsüz ki, fərqli xarakter daşıyır. Sözsüz ki, mədəniyyət işçiləri Azərbaycan mədəniyyətinin tanıdılması, turistlərin cəlb olunması üçün fəaliyyətini davam etdirəcək. Biz turistlərin üzünə həmişə açıq olacayıq, əməkdaşlıq edəcəyik”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS