"Ankara manevr imkanlarını qoruyub saxlayır"

13:25 03-03-2020 | icon 886 | Geopolitika
"Ankara manevr imkanlarını qoruyub saxlayır"

Əlabbas Məhərrəmov: "Bu, Türkiyənin Suriya proseslərində təhlükəsizlik zolağının yaradılmasına nail olacağına ciddi zəmin yaradır”

 

“Ankaranın Suriya ilə sərhəddə təhlükəsizlik zolağı yaratmaq istəyi zəruri və başadüşüləndir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Suriya proseslərində iştirakı ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirən politoloq Əlabbas Məhərrəmov deyib.

 

Əlabbas Məhərrəmovun sözlərinə görə, Türkiyənin Suriya proseslərində iştirakı dövlətin təhlükəsizliyinin təmin olunması ilə şərtlənir:

“Ötən həftə Suriyada Türkiyə əsgərlərinə edilmiş xain hücumdan sonra qardaş ölkə hərbçilərinin bu ərəb ölkəsində mövcudluğu yenidən müzakirə olunmaqdadır. Çox təəssüf ki, bəzi hallarda bu məsələyə səthi və emosional münasibət bildirilir, Türkiyənin Suriyadakı iştirakına sadəcə, əsgər itkisi prizmasından yanaşılır.

Amma gəlin, vəziyyətə real baxaq: Türkiyənin Suriyadakı proseslərdən kənarda qalması mümkün və doğrudurmu? Dünyanın böyük gücləri, regionda özünü söz sahibi sayan ölkələrin hamısı Suriya proseslərinin iştirakçılarıdır, onların hər biri özünün dövlət maraqlarının təmin olunmasına çalışır.

Şübhə yoxdur ki, Suriyaya daxil olmaq qərarı vaxtında verilməsəydi, bu gün o qanlı hadisələr Türkiyənin daxilinə sıçrayacaqdı, gərginliyi Türkiyənin içərilərinə ötürəcəkdilər".

 

Ankaranın Suriya ilə sərhəddə təhlükəsizlik zolağı yaratmaq istəyinin zəruri və başadüşülən olduğunu vurğulayan Ə.Məhərrəmov qeyd edib ki, Türkiyənin geri çəkilməsi dövləti böyük təhlükə ilə üz-üzə qoya bilər və nüfuzunu sarsıdar. Onun sözlərinə görə, Türkiyə Suriya proseslərində elan etdiyi prinsiplər üzrə mövcudluğunu saxlamalı, fəaliyyətini davam etdirməlidir:

 

"Son hadisələr göstərdi ki, Türkiyə diplomatiyası analoji vəziyyətlərdə çevik davranmaq qabiliyyətindədir. Türkiyənin Rusiya ilə yaranan gərginlik fonunda ABŞ və NATO ilə operativ məsləhətləşmələrə başlaması Ankaranın manevr imkanlarını qoruyub saxladığını söyləməyə əsas verir. Bu isə Türkiyənin Suriya proseslərində qarşıya qoyduğu əsas məqsədin – təhlükəsizlik zolağının yaradılmasına nail olacağına ciddi zəmin yaradır”. /yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir