Rusiyadakı Azərbaycan diasporu erməni saytının bağlanılması üçün Baş prokurora müraciət edib

13:42 03-03-2020 | icon 331 | Dünya
Rusiyadakı Azərbaycan diasporu erməni saytının bağlanılması üçün Baş prokurora müraciət edib

Rusiyadakı Azərbaycan diasporu ermənilərin “yerkramas.org” saytının bağlanılması üçün Rusiya Baş prokuroruna yenidən müraciət edib.

 

Versus.Az xəbər verir ki, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimovun adından Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət olunub.

 

Müraciətdə bildirilib ki, “Yerkramas” qəzeti və onun saytı çoxmillətli Rusiya Federasiyasında ekstremist fəaliyyətlə məşğul olur, milli zəmində ədavəti qızışdırır və faşist Qaregin Njdenin “Türklə mübarizəsiz bir gün belə keçməməlidir” şüarından istifadə edir. Müraciətdə sadalanan faktların yenidən araşdırılmasının vacibliyi vurğulanıb.

 

Müraciətdə diasporun məlum məsələ ilə bağlı “Roskomnadzor”a (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) 15.07.2019-cu il tarixli müraciətinə verilən cavaba da toxunulub:

“Roskomnadzor”un cavabında məlum olub ki, hələə 2016-cı ildə Krasnodarın Peromayski Rayon Məhkəməsinin qərarı ilə “yerkramas.org”un KİV kimi qeydiyyat şəhadətnaməsi ləğv olunub və o, ümumrusiya reyestr xidmətində mövcud deyil. Lakin bütün bunlara baxmayaraq, “yerkramas.org” ekstremist fəaliyyətini davam etdirir, sayta giriş hələ də məhdudlaşdırılmayıb. Ona görə də sizdən bu məsələyə yenidən baxılmasını xahiş edirik”.

 

Müraciətdə 1988-ci ilin Sumqayıt hadisələrinin ildönümü ərəfəsində “Nezavisimaya Qazeta”da jurnalist Lev Əsgərovun SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materialları əsasında qələmə aldığı “Sumqayıt faciəsi. Nədən başlayıb və necə olub” adlı məqaləsinin Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyanın Rusiya Baş prokuroru və “Roskomnadzor”a müraciətindən sonra dərhal saytdan yığışdırıldığı da xatırladılıb. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür